Ha-ha-ha

-Ana mələk vaaar heeç?
-Hə bala,vaar..
-Bəs onlar hamısı uçuuur?
-Həə uçur… -
-Onda bizim xidmətçi niyə uçmur? ata hemişə ona mələyim deyir ki bəs… ...
-Indi bilmirəm,amma 2 dəqiqəyə 100% uçacaq

***
Bir gün biri çıxır söyüd ağacına. Dostu deyir: «Hara çıxırsan?»
— «Armud yeməyə».
Dostu deyir: «Axı bu söyüd ağacıdır».
-«Nə olsun, armud cibimdədi».
Ardı →

Gülməli lətifələr

*Milçəklə söhbət.

Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaş-qabağlı oturduğu yerdə birdən bir milçək vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir: " Aralaş mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər".



Ardı →

Gülməcələr

Bir gün bir kişinin maşınını oğurlayırlar. Bunu həmin kişinin dostu eləyir.
Maşını oğranılan kişi hamını başına toplayır və deyir:
-Kim mənim maşınımı oğurlayıb tez gətirsin, yoxsa yenə keçən dəfəki kimi olacaq.
Dostu qorxub həmin günün axşamı maşını gətirir və deyir:
- Bağışla, qardaşım, amma mənə çox maraqlı gəldi keçən dəfə nə olmuşdu ki??
-Keçən dəfə də maşınımı oğurladılar mən də təzəsini aldım... 


Ardı →

4 lətifə

Bağ sahibi və oğru
Bir adam başqasının bağçasındakı ağacın başına çıxmış, şiddətlə budaqları silkələyir, meyvələri yerə tökürdü. Bağın sahibi gəlib:
“ — Ay alçaq!” dedi. “Allahdan utanmırsan? Bu nə hərəkətdir?”
Oğru belə cavab verdi:
“ — Allahın bağından Allahın bəndəsi, Allahın ehsan etdiyi xurmaları yeyirsə sən niyə onu qınayırsan, zəngin olan Allahın ehsanını niyə qısqanırsan?”
Bağ sahibi xidmətçisini çağıraraq:
“ — O kəndiri bura gətir, bu sərsərinin cavabını verəcəyəm” –dedi.


Ardı →

Bir az gülək

Müəllim şagirdlərə sual verir: — «Ağacda 7 quş var. Ovçu atəş edir, 3 dənəsini vurur. Ağacda neçə quş qaldı?» Biri cavab verir: — «4 quş qalar.» Başqa bir uşaq da dərhal: — «Xeyr müəllim atəş edincə bütün quşlar uçar, ağacda heç quş qalmaz...» Müəllim bunun üzərinə: — «Cavab səhv amma cavab stilini sevdim», deyər. Uşaq buna cavab verər: — «Müəllim, mən də bir sual soruşmaq istəyirəm… Qarşıdan 3 qadın gəlir, əllərində dondurma var. Biri yalayaraq yeyir, biri əmərək, biri də dişləyərək… Bu qadınlardan hansı evlidir?» Müəllim düşünür, düşünür… — "Əmərək yeyən evlidir", deyir… Uşaq cavab verir: — «Xeyr müəllim, barmağında toy üzüyü olan… Amma mən də sizin cavab stilinizi sevdim..»


Ardı →

Düşük lətifələr

Bir gün iki dəli söhbət edir.
-O gün yolda 10 dollar tapdım.
-Bəs hanı?
-Tulladım əşi.
-Niyə?
-Saxta idi. Harda görmüsən 10 dolların üstündə iki sıfır olsun?

*******

Bir gün ərlə arvad yol ilə gedəndə bir pingvin tapırlar.Bilmirlər nə eləsinlər.Ər deyir ki, gəl polisə deyək.Belə də edirlər.Onlar başlarına gələni danışırlar.Deyirlər ki,biz bilmirik indi bu pingvini neyləyək.Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın.Səhəri gün polis yenə işə gedəndə görür ki həmin ərlə arvad pingvinlə gedirlər.Polis onlara yaxınlaşıb soruşur:
-Siz dünən bunu zooparka aparmadınız??
Ərlə arvad cavab verirlər:
-Dünən zooparka apardıq bu gün də Luna parka aparırıq


Ardı →

Axmaqlar haqqında lətifələr

  1. İki gizirin başının üstündə vertolyot dayanıb. Biri:
    — O, niyə dayanıb?
    — Yəqin, benzini qurtarıb!

  2. Kişi yorğun və acıqlı halda evə gəlir:
    — Arvad, bilirsən, tülkü necə bic heyvandı?
    — Yox. Niyə belə düşünürsən?
    — Meşədə gedirdim. Bir tülkü gördüm. Tuşlayıb atdım. Yıxıldı. Götürməyə gedəndə görürəm ki, bizim tuladı...!!!

Ardı →

Stalin haqqında lətifələr

  1. Stalinqradın adını dəyişib Volqoqrad qoyandan sonra o biri dünyadan teleqram gəlir: «Razıyam, İosif Volqin».

  2. Mavzoleydə yazı: «Burda 1953-ci ildən 1956-cı ilə qədər İ.V.Stalin müvəqqəti hökumətdən gizlənib».

  3. Müğənni əvvəlcədən öz uğurunda əmin idi.
    — Pis əl çalsalar, Stalin haqqında oxuyacam!

  4. -Şəxsiyyətə pərəstiş varmı?
    — Pərəstiş hələ var, ancaq şəxsiyyət yoxdur.

Ardı →