Fransız alimin dünyanı heyrətləndirən layihəsi

Elektrik mühəndisi fransız Jeron Michaud-Lariviere yaratdığı yeni elektrik ağacı layihəsi ilə qısa müddətdə dünya medyasının gündəminə oturdu. Belə ki, onun yaratdığı ağac külək enerjisini elektrikə çevirir. Elektrik ağacın yarpaqları küləyin istiqamətindən asılı olmayaraq dönür və elektrik istehsal etməyə davam edərək elektrik istehsalını daimi hala gətirir. Jeron  elektrik ağac yaratmaq fikrinin sakin bir gündə küçədən keçərkən ağac yarpaqlarının uçuşmaya davam etdiyini gördüyü zaman ağlına gəldiyini söylədi.

Elektrik ağacları küləyin sürəti saatda 7 kilometrdən az olduqda belə fəaliyyət gösərərək elektrik istehsal edə bilir. Beləliklə, bu ağaclar il boyu külək turbinləri ilə müqayisədə 2 dəfə çox elektrik verə bilir.

Hər biri bir neçə küçənin elektrik lampalarını işıqlandıra bilən və bir neçə elektrikli avtomobilini enerji ilə yükləmək iqtidarında olan bu ağaların dəyəri 30 min Euro’dur. Elektrik ağacları 2015-ci ildə satışa çıxarılacaq.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.



Davamı →

Ən çox yanan lampa

      Dünyanın ən çox yanan işığı tam 107 il yanıb. 1901-ci ildən bəri yanmağa davam edən lampa ABŞ-da bir xilasetmə mərkəzində yerləşir. İşin maraqlı tərəfi isə lampanın o qədər il boyunca heç vaxt söndürülməməsidir.
Davamı →

Qeyri-adi "zarafat"


«General Elektrik» şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə yeni bir işçi qəbul edəndə o işçiyə ağ işıq yayan bir lampa düzəltməyi şərt qoyurdular. Təbii ki, şirkətin işçiləri belə bir lampanı düzəltmək mümkün olmadığını bilirdilər. Ancaq yenə də yeni gələn işçi laboratoriyada sırf bu işə vaxt itirsin deyə və sonra da ağ bayraq qaldırsın deyə, zarafatlarından qalmırdılar. Yeni işçilər isə belə bir lampanı düzəltmək mümkün olmadığını bilmir və böyük bir həvəslə işə girişirdilər. Ancaq apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə insan fitrətinə uyğun olaraq «Mən bacarmaram!» yolunu seçir və təcrübələrinə son qoydular. Ancaq bu işçilərdən yalnız biri, yəni Marvin Pipkin «Mən bacarmaram!» yolu əvəzinə «Mən bacararam!» yolunu seçdi və gecəsini gündüzünə qataraq ağ işıq yayan məşhur fluoressent lampasını kəşf etdi.


Davamı →