Düzəltmə isimlər

İsimlərin quruşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs: şeir-şeirimiz, ağac-ağaclar, maşın-maşını, Kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız –lıq4 şəkilçisinin köməyi ilə isim, sifət, say və əvəzlikdən düzəltmək olur. Məs:istilik, düzlük, çoxluq, mənlik və s. Bu cür isimlər mücərrəd isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.


Ardı →

Sözün tərkib hissələri

Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır:na, bi, ba, la, a, anti və s. Məsələn:namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s. Bu şəkilçilərdən ilk dördü ərəb — fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Davamı →