Liderlik arzusunda olanların oxumalı olduğu kitablar

“Liderlik və özünü aldatma” – Arbincer İnstitutu
Liderliyə başlamaq ərəfəsində olan gənclərə tövsiyə etdiyim 1-ci kitabdır. Bu kitab özünü kənardan öyrənməyə çalışan eqoist bir gənc haqqındadır.

“Yüksək səviyyəli insanların 7 vərdişi” – Stefan Kovi
Stefan Kovinin bu əsəri istənilən sahədə uğur qazanmış insanlara xas olan 7 vərdişdən bəhs edir. Bu vərdişlər öncəliklər və nəticələrdən ibarətdir.

“Dostlara necə qalib gəlməli və insanlara necə təsir etməli” – Deyl Karnegi
10 il bundan əvvəl yazılmış klassik əsərlərdən biri olan bu kitab diqqət mərkəzində olan insanlar üçün zamansız həqiqətlərdən danışır.
Davamı →

Bill Gatesdən 9 liderlik sirri

Satışda uğur qazanan insanların liderlik sirlərini izah edən bir çox kitab var: ” Atillanın Liderlik Sirləri”, ” Çingiz Xanın Liderlik Sirləri” və s. Dövrümüzün ən əhəmiyyətli insanlarından biri və hələ də dünyanın ən zəngin insanı olan Bill Gatesin liderlik sirrləri isə çox bilinmir. Bu yazıda onun sıfırdan başlayıb dünyanın ən zəngin insanı olmasının sirlərini izah etməyə çalışacağıq.Bill Gates

Sirr 1: Bir vizion sahibi olmaq.
Bill Gates kiçik yaşlarından bəri kompüterin əhəmiyyətini və insan həyatında tutacağı yeri çox yaxşı qavramış bir insandır. Yaxın dostu və Microsoftun qurucu ortağı Paul Allen ilə tez-tez kompüterin inkişafı haqqında müzakirələr, müxtəlif düşüncələr aparmışlar. Bu müzakirələrin nəticəsində irəlidə hər kəsin evində və işində özünə aid bir kompüter sahibi olacağını təxmin edirmişlər.

Sirr 2: Çox işləmək.
Bill Gates çox ağıllı bir insandır. Amma ağıllı olmağın tək başına yetməyəcəyini, çox çalışılması gərək olduğunu düşünür və çox çalışır. Evlənmədən əvvəl birlikdə olduğu sevgilisindən ayrılmasının səbəbi iş xaricində keçirdiyi ümumi zamanın yalnız 7 saat olmasıdır ( yuxu daxil). Yanında çalışan insanlardan da eynisini gözləyir.

Sirr 3: Ağıllı işçilərlə çalışmaq.
Proqram təminatı texnologiya baxımından ən uc sektorlardan biridir. Belə bir sektorda sıravi insanlarla çalışılamayacağını, ağıllı insanlarla çalışılması lazım olduğunu düşünür və şirkətinə həmişə ən ağıllı insanları işə götürməyə çalışır. Ağıllı işçi kimdir, ağıllı olduğunu necə bilmək olar kimi suallara belə cavab verir: Ağıllı insan, hər şeyin bir-bir deyilməsi lazım olmadığı bir adamdır. Microsoft işlədəcəyi ağıllı işçiləri tapmaq üçün çox araşdırma edir. Sırf işçi lazımdı deyə kimisə qəbul etmirlər. İstədikləri adamı tapmaq üçün bir vəzifəni uzun müddət boş saxladıqları da olur.
Ardı →