Layk

  • Esse
Mən deyim, siz inanmayın: bir də görəcəyik, çöldə-bayırda qəfildən kiminsə olan-qalan ağlı da yerindən oynadı, başını itirdi, başladı ki, bəs axı nədən yarım saatdan bəri bu mərkəzi küçədə gəzişirəm, amma bir adam balası da yaxınlaşıb təzə köynəyimi, yeni saç düzümümü layk – like eləmir?! Noolub şəhərimizin 3D-5D gözlü sakinlərinə?! Yox, görünür bu işdə bir iş var, yəqin, “public” görünmürəm…

Özüm eşitmişəm, avtobusda sağollaşan iki rəfiqədən biri o birinə elə beləcə də dedi: “Axşam qızlara da xəbər elə, çatda görüşək…”

Belə baxanda, nəyi pisdi ki? Məsafələr şəffaflaşıb yoxa çıxır, hamı olur laməkan…

Belə baxanda, nəyi yaxşıdır ki? Jestlərinə, mimikasına, səsinə alışdığımız, məsəl üçün, adının Klark Kent olduğunu bildiyimiz adam o tərəfə – virtuala aləmə keçən kimi dönüb olur Supermen.

Baxmaq olmur. Baxmamaq olmur.
Davamı →

FEYSBUK STATUSLARI VƏ SUÇLULUQ PSİXOLOGİYASI


Suçluluq psixologiyasını qısaca və bir kəlimə ilə necə ifadə etmək olar? Belə ifadə etmək olar: öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaq!
Yəni bir insan ki suçluluq psixologiyası içindədir, o mütləq günahını başqasına yıxacaqdır. Ov axtaran ovçu kimi, sağı-solu nişan alıb atəş edəcəkdir. Onun üçün fərq etmir ki günahkar kimdir, onun üçün önəmli deyil ki suçlu əslində kimdir, onun üçün önəmli olan odur ki bu dəqiqə, bu moment, günahını kiminsə üstünə yıxsın. Elə bax bu feysbukda da bir çox istifadəçilərin davranışlarının əsas amili məhz budur; suçluluq psixologiyası. Yəni əllərinə klavyaturanı götürüb, kiminsə ya da nəyinsə üstünə hücum çəkirlər, nişan alırlar...Bəli burdakı çox tənqidlərin əsas səbəbi məhz budur, yoxsa islah etmək ya da səmimi bir niyyət, çox az faizi təşkil edir.
Bəli, burda «güllə atmaq prosesi», 2 funksiyadan ibarədir: statusu yazmaq, məhz avtomatı hazır vəziyyətə gətirmək rolunu oynayır; tətiyi çəkmək rolunu isə gələn layklar oynayır. Sanki məsələn əlinə bir avtomatik götürübdür, patronları da doldurubdur, hazır vəziyyətə gəlibdir; vəssəlam başlayır tətiyi basmağa: part-part-part-part-part-part-part...Layklərin hər biri bir güllə rolunu oynayır, 10 layk gəlirsə 10 güllə, 100 layk gəlirsə 100 güllə, 1000 layk gəlirsə 1000 güllə… hətta bəzən patronlar, doldurulandan daha çox atır (dostluğunda olmayanlar da layk edir)...Ya da bəzilərindəki silah isə ümumiyyətlə ağır çaplı silahlardır: nə bilim qrad, qrantamiyot, minaatan, top, tank, artilleriya (bax bunlar nisbətən tanınmış, populyar şəxslərdir). Onların arsenalında daha ağır silahlar var, yəni sözləri daha kəsərli olur, beləliklə bir anda hədəfi darmadağın edib dərhal gündəmə otura bilirlər...Bəzən hətta uzaq mənzilli raketlərdən də istifadə edirlər, hətta bəzən hələki icad olunmamış raketlərdən istifadə edib, minlərlə km məsafədəki hədəfləri, nə bilim Amerikanı da vura bilirlər....Aradabir də öz dronlarını göndərib müəyyən işlər görürlər; yəni hədəflərindəki şəxsin statuslarına təhdidkar bir şərh yazmaqla dronu ona çırpıb dağıntı törədirlər...
Ya da bəziləri daha zəkidir; silahlardan filandan istifadə etmir, sadəcə kəşfiyyat, casusluq üsulu ilə düşməni məhv etməyə üstünlük verirlər: yəni elə status yazır ki heç hədəfdəki adamın adını da çəkmir, amma statusa yazılan şərhlər, həmin adamı işarə edir...
Bax belə bir vəziyyət var...
Ortadakı bütün bu dağıntı-söküntünün əsas səbəbi, bütün bu təhqir, tənqid və ittihamların ana faktoru məhz suçluluq psixologiyasıdır, eqoizmdir...Sadəcə kimsi daha ustadır, daha peşəkardır deyə, hədəfə aldığı şəxsi də asanlıqa vurub məhv edə bilir, kimsi isə az peşəkardır deyə bəzən silah öz əlində partlayır...
...Amma axı hər şey bu qədər bəsit, bu qədər sadə deyil, olmamalı...Sənin populyar olman ya da layklarının çox olması, sənə hər şeyi edə bilmək yetkisi verməməlidir, sənə istədiyini etmək səlahiyyəti verməməlidir....Bunu edə bilərsən, sui-istifadə edib hədəfinə çata bilərsən, insanların rəğbətini, bəyənisini qazanıb populyar ola bilərsən amma hakim, heç də insanlar deyil hakim ODUR! Sən bunu etməklə popular insan ola bilərsən amma bil ki əsla ARİF ola bilməzsən, populyar olmaq, insanlar vasitəsilə mümkündür amma ARİFLİK isə O ƏSİL HAKİMİN ƏLİNDƏDİR!...
 
“FEYSBUKUN VƏ HƏYATIN SİRRLƏRİ” Kitabı: www.facebook.com/FEYSBUKun-S%C4%B0RRl%C9%99ri-591877447632162/
Yunis Dürüst

Davamı →

Like dilə gəlib :)

Salam.Mənim adım «bəyəndim» düyməsidi.Facebook-da paylaşımları bunu görənin xoşuna gəlməyi münasibəti bildirilməkçün yaranmışam.Azərbaycanlı üzvlər arasında elə əsasən  ingilis versiyası olan like kimi adlanıram.
Ardı →