Yerin daxili quruluşu

Yer daxili quruluşuna görə yer qabığı, mantiya və nüvədən ibarətdir. Ümumiyyətlə, yerin mərkəzinə doğru süxurların temperaturu və sıxlığı artır. Yerdə süxurların orta sıxlığı 5,5 q/sm3, səthdə 3,5 q/sm3, Yerin mərkəzində 12,9 q/sm3-dir. Yer qabığında dərinliyə doğru hər 100 m-də temperaturun arrması geotermik qradiyent adlanır və bu, təxminən 3ºC-dir. Süxurların temperaturunun 1ºC artması üçün lazım gələn dərinlik geotermik pillə adlanır (təxminən 33 m-dir). Fəal seysmik sahələrdə geotermik pillə kiçik, platforma sahələrdə isə böyükdür.
Davamı →

Qədim quru və su sahələri

A.Vegener Yer səthində mövcud olmuş ilk geniş quru sahəsini Pangeya adlandırmışdır. Pangeya qurusu təqribən 200-250 milyon il bundan əvvələ qədər mövcud olmuşdur. Bu quru sahəsini Pantalass adlanan okean əhatə etmişdir.
 
Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Hondvanaya parçalanmışlar. Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşirdi. Bu iki nəhəng quru sahəsinin arasında qalan çökmüş sahədə nəhəng Tetis okeanı mövcud olmuşdur.
 
Azərbaycan Respublkasının ərazisi vaxtilə Tetis okeanının suları altında olmuşdur. Tetis okeanının çəkilməsi nəticəsində onun yerləşdiyi ərazi quru sahəsinə çevrilmişdir. Güman edilir ki, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Aral gölü Tetis okeanının yerində qalmış su hövzələridir. 135 milyon il əvvəldən Lavrasiya Şimali Amerika və Avrasiya materiklərinə bölünmüşdür. Afrika, Cənubi Amerika, Avstraliya və Antarktida Hondvananın parçalarıdır.
 
Hindistan və Ərəbistan yarımadaları Hondvanadan ayrılaraq Avrasiyaya birləşmişdir. Ona görə onlar Avrasiya üçün “yad quru sahələri” hesab olunur. 

Davamı →

Litosfer tavaları və onların hərəkəti

Güman edilir ki, Yerin geoloji inkişafı dövründə okean və quru sahələrinin formalaşması, yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki, Yer qabığı böyük parçalar formasında mantiyanın üzərində daimi olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Bu hərəkət ildə bir neçə sm-dən 8-10 sm-ə qədər sürətlə davam edir. 
Yer qabığı üst mantiya ilə birlikdə bərk təbəqə olan litosferi əmələ gətirir. Bu təbəqə litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Onlar litosferin geniş ərazilərini əhatə edən hissələridir. Litosfer tavalarının qalınlığı 50-200 km arasında olur, üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi istiqamətdə “sürüşür”.
Davamı →

Yerin müasir üfüqi və şaquli hərəkət sahələri

Əfsanəyə görə Qız qalası Xəzər dənizinin çox yaxınlığında tikilmişdir. O qədər yaxın imiş ki, Xəzər dənizinin suları qalanın divarlarını yuyurmuş. İndi isə qala ilə dəniz arasında quru sahənin böyüdüyünü, Xəzər dənizinin uzaqlaşdığını görürük. Deməli, indi Dənizkənarı Milli Park adlanan ərazilər əvvəllər su altında olmuşdur. Kür çayının aşağı axarında olan ərazilər də yaxın vaxtlara qədər su altında qalmışdır. Eramızın əvvəlində Strabonun verdiyi məlumata görə Araz çayı birbaşa Xəzər dənizinə tökülürdü
Davamı →

Yerin əmələ gəlməsi

Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var. Məs. P. Laplas və I. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. Şmidt və Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır.


Ardı →