"Qırmızı xaç" niyə qırmızı rəngdədi?
Qırmızı xaç – “ Beynəlxalq Qırmızı Xaç” komitəsinin simvoludur. Bu komitə 1863-cü ildə Cenevrədə (İsveçrə) yaradılmışdır.
Komitə yaradılanadək heç bir yerdə müharibə edən tərəflərə neytral olan belə bir qrup yox idi.
“Qırmızı Xaç” komitəsinin bayrağı – ağ fonda qırmızı xaçdır ki, bu da İsveçrə bayrağının əksidir, yəni ki, İsveçrə bayrağı qırmızı fonda ağ xaçdır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bayrağı isə, ağ fonda qırmızı xaçdır.
Ardı →