Möcüzə

1. Möcüzələr mövcuddur.

2. Onlar yalnız onlara inananlara baş verir.

3. Möcüzələrə inam – Bu özü – özlüyündə qeyri-real möcüzədir.

4. Möcüzənin izahı və sübutu yoxdur.

5. İstəyirsən inan, istəyirsən inanma.

6. Hər halda inan, onsuz da heçnə itirmirsən.

7. Möcüzələr onları heç gözləmədiyin anda baş verir.

8. Amma eyni zamanda inanırsan.

9. Gözləmirsən, amma inanırsan.

10. Bəli, bax belə. Möcüzələr uyğunsuzluğun olduğu yerdə mövcuddur.
Ardı →

Öldü, 45 dəqiqə sonra dirildi...

Qatarda ürəyi dayanan 26 yaşındakı gənc müdaxilələr nəticəsində 45 dəqiqə sonra həyata qayıdıb. İnanılmaz hadisə Roma-Ciampino səfərini edən şəhərətrafı qatarda meydana gəlib. Birdən özünü pis hiss edən 26 yaşındakı Luiqi adlı gənc oturacaqların üstünə yıxılıb. Ürəyi dayanan Luiqiyə qatarda və təcili yardım maşınının içində 20 dəqiqə ürək masajı edilib. Təcili yardım zamanı gənci elektroşok cihazı ilə həyata qaytarmağa çalışıblar. Dodaqları göyərməyə, üzü də solmağa başlayan gəncin öldüyünü zənn ediblər. Möcüzə isə 45 dəqiqə sonra baş verib. Bir xəstəxanaya qaldırılan Luiqi burada həyat siqnalları verməyə başlayıb. Həkimlər gəncin öldüyünü, ancaq bir möcüzə nəticəsində “yenidən dirildiyini” söyləyiblər...
ALLAH BÖYÜKDÜR!
Davamı →

Möcüzə

Möcüzə-Allahın izniylə peyğəmbərin reallaşdırdığı və adi insanlara görə qeyri-mümkün olan əməl və hadisələrdir. Bir peyğəmbərin göstərdiyi möcüzə onun peyğəmbərlik iddiasının dəlili və sübutudur. Möcüzə- inkar edənlərin inadını qırmaq, inananların imanını daha da artırmaq üçündür.

Muhamməd peyğəmbər (s.a.v.) ağacı çağırır, ağac gəlir yanına və ona şəhadət gətirir, daşlar onun əlində dilə gəlir, ay bir barmağının işarətiylə ikiyə parçalanır, barmaqlarının arasından bulaq kimi su fışqırır...Nədənsə bəzi insanlar bu hadisələrin sadəcə əfsanə olduğunu düşünürlər. «Belə şey olar?» deyirlər. Bəyəm möcüzə bizə imkansız kimi gələn şeylərin mümkün olması deyilmi? Möcüzə göstərirəm deyib bir toxum əksəydi, ondan çıxan ağacı göstərsəydi nəvardı ki? Amma bir dəfə çağırmasıyla ağacın ayaq açıb ona tərəf gəlməsi həqiqətən də möcüzədir. Bunlar insanın imkan və qabiliyyətlərini aşan hallardır. Deməli bu möcüzələrin əsl sahibi bir insan deyil, insandan daha böyük bir varlıqdır, insanın da, ağacın da ipləri əlində olan Allahdır.

Möcüzələr peyğəmbərin Allah tərəfindən göndərildiyini və onun haqlı olduğunu təsdiq edən dəlillərdir. Təsəvvür edin ki, sizin xahişinizlə dövlət başçısı uzun illərdən bəri dəyişilməz qalan bir qanunu dəyişsin, yeni qanun imzalasın. Bu, sizin onun yanında çox hörmətli və sözü keçən birisi olduğunuzu təsdiq etməzmi? Eləcə də kainatda min illərlə sabit qalan qayda qanunlar var. Bunlar o qədər stabildir ki, artıq bizim gözümüzdə adiləşib, adət halını alıb. Gözümüzü açandan, ağlımız kəsəndən bilmişik ki, ay ikiyə parçalanmaz, ayın müəyyən bir forması və hərəkət trayektoriyası var ki hər zaman sabitdir. Günəş müəyyən bir vaxtda çıxır, müəyyən bir vaxtda da batır. Bitkilər, heyvanlar, daşlar, dağlar, buludlar...kainatda hər şey sabit qayda-qanunlara riayət edir.

Bu kainatı bir məmləkət, Allahı da bu məmləkətin Sultanı kimi düşünsək, təbiət qanunları da bu dövlətin qayda-qanunlar toplusu olar. Əgər Muhamməd (s.a.v.)in hörmətinə Kainatın Sultanı min illərdən bəri sabit olan qanunlarını dəyişib ayı ikiyə parçalayır, ağacı hərəkətə gətirir, daşları dilə gətirirsə demək ki, Muhamməd (s.a.v.) Allahın yanında çox hörmətli birisidir, Onun elçisidir, nəbisidir, rəsuludur və Onun tərəfindən vəzifələndirilmiş bir şəxsdir. Göstərdiyi bütün möcüzələr də həqiqətən Allahdandır və onun risalətinin təsdiqidir. Bunları düşünə bilən, ağıl sahibi bir insana düşən də tam səmimiyyətlə "...Əşhədu ənnə Muhammədən Rasulullah" deməkdir, vəssalam.

Davamı →

Quranın ən böyük möcüzəsi- Bəlağat

Peyğəmbərlər- yoxluq qaranlıqlarından varlıq aləminə çıxan və əbədi səadətə üz tutub gedən bəşər karvanına rəhbərlik edən insanlardır. Hər bir peğəmbərə təbliğ etdiyi həqiqətləri təsdiqləyici olaraq möcüzələr verilib. Bu möcüzə küfrün inadını qırmaq üçündür. İnkar edənləri təslim etmək üçündür. Yoxsa həssas qəlblər, həqiqətə açıq olan beyinlər möcüzələri görmədən belə iman edirlər. Möcüzələrin verilməsindən məqsəd — hidayətə aparan yolun üstündəki küfr baryerlərini dağıtmaq, haqq yolunu kəsənləri məğlub etmək, eyni zamanda artıq iman etmiş insanların imanlarını daha da qüvvətləndirməkdir.
Ardı →