Müalicəvi bədən tərbiyəsi

İnsanların müalicəsində müalicəvi bədən tərbiyəsinin rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Nadir xəstəliklər var ki, fiziki məşğələlər bu zaman insana ziyan verə bilər.

Tibbi təcrübədə insanların vaxtında müalicəvi bədən tərbiyəsi ilə məşğul olaraq sağaldığını sübut edən bir sıra faktlar var (nevrasteniya, hipertoniya xəstəliyinin ilkin mərhələsində, qəbizlik, bronxial astma, nevralgiya, oynaqların artriti zamanı oynaqların zədələnməsi, poliartrit, artroz, onurğa sütununun zədələnməsi – skalioz və s. zamanı). Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər müntəzəm olaraq məşq edərək orqanizmlərini möhkəmləndirəcək və bu zaman rejimə riayət etsələr, yaşlanana qədər xəstəliyin əlamətlərini hiss etməyə və əmək qabiliyyətini itirməyə bilərlər.

Sağalma mərhələsində bir çox xəstəliklər zamanı fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrin çoxu uzun müddət müalicəvi bədən tərbiyəsinin tətbiqinə ehtiyac duyurlar. Müalicəvi Bədən Tərbiyəsi (MBT) müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur.


Ardı →