Pranayama - müalicəvi tənəffüs texnikası

Təmiz hava və düzgün tənəffüs güclü və sarsılmaz auraya malik olmağımız üçün olduqca zəruridir. Auramızı maksimal enerji ilə təmin etmək üçün, mütləq burunla nəfəs almaq lazımdır. Bir çox insanlar ağızla nəfəs almaq kimi zərərli vərdişə malikdirlər, halbuki, unutmaq olmaz ki, burun tənəffüsü sağlamlıq üçün daha təbii və daha faydalıdır. Ağızla nəfəs almaq insanı xəstəliklərə qarşı daha həssas edir, auranı və insanın orqanizmini zəiflədir. 

Burun tənəffüsünün faydalı olmasının başqa bir səbəbi də vardır: Burunda havadan prananı mənimsəyən xüsusi səthlər vardır. Prana — demək olar ki, auranı təşkil edən həyat substansiyasıdır. Bir çox şərq tənəffüs texnikalarında nəfəsi içəri çəkərkən diqqəti burunun ucuna və bütün burun nahiyəsinə cəmləşdirmək mütləq şərt hesab olunur. Bu, prananın mənimsənməsini yaxşılaşdırır, auranın həyat gücünü artırır və bütün enerji sisteminin fəaliyyətini stimullaşdırır. 
Davamı →