Müasir Qırmızı papaq
Tanınmış yazıçılar “Qırmızı Papağın nağılı”nı yazsaydılar necə alınardı?
Haruki MurakamiMən oyananda, Qırmızı Papaq hələ yatırdı. Mən dalbadal yeddi siqaret çəkdim və mətbəxə keçib əriştə bişirməyə başladım. Mən həmişə əriştəni çox diqqətlə bişirirəm və kiminsə məni bu prosesdən ayırmağını sevmirəm. Radioda Pink Floyd oxuyurdu. Əriştənin sousunu hazırlayanda qapının zəngi eşidildi. Mən qapıya yaxınlaşanda otağa da göz atdım. Qırmızı Papaq hələ də yatırdı. Onun qulaqlarına tamaşa etdim. Bir qulağını səhər günəşi işıqlandırırdı. Mən ömrümdə belə qulaqlar görməmişdim… Qapını açanda Canavarı gördüm. Dərhal yadıma qoyun düşdü.
Viktor Hüqo
Qırmızı Papaq titrədi. O tək idi. O, səhrada iynə kimi tək idi, ulduzların arasında qum zərrəsi kimi, zəhərli ilanların arasında qladiator kimi tək idi…
Ardı →