İncəsənət - Keçmişdə və indi

İber rəssamlarının sərgisi, məyusluq doğuracağı ehtimal olunmasına baxmayaraq, əgər onlar müntəzəm surətdə təşkil edilsə, incəsənətimiz üçün son dərəcə mühüm qaydaya çevrilə bilər. Doğrudan da, mənə elə gəlir ki, gənclərin əsərlərini məzmunca dolğunlaşdıran kamil rəssamların sənətini nəzərə almasaq, indiki sərgi istedad və üslub sarıdan yoxsuldur. Lakin məhz elə ilk məhsulun azlığı yeni əsərlərin ekspozisiyalarının sistematik olaraq yeniləşməsini zəruri edir. Son zamanlara qədər “cəfəng” təsviri incəsənətin qisməti qapanmış dairədə yaradıcılıq axtarışları idi. Cəmiyyətdə tanınmamış yalqız rəssamların qarşısını ənənəvi incəsənət massivi kəsmişdi. Bugünkü sərgi onları birləşdirdi, artıq onlar öz işlərində uğur qazanacaqlarına böyük əminlik hiss edə bilərlər; bununla yanaşı onlardan hər biri bu bütünlüyün müqabilində öz baxışları ilə başqalarının təsəvvürünə, anlayışına müqavimət göstərir, ona görə də onlar öz incəsənətlərində ümumi yer tutacaqlarından şiddətli qorxu hiss edirlər və rəssamlıq təsərrüfatındakı alətlərini təkmilləşdirməyə can atırlar. O ki qaldı publikaya, vaxt keçdikcə o, yeni incəsənət fenomeninə uyğunlaşa biləcək və bunun sayəsində yaradıcılığın bulunduğu vəziyyətin dramatikliyini anlayacaq.

Davamı →

Rauf Ra - İntellektə aparan yollar

Keçənlərdə bir xanım feysbukda qızının çəkdiyi minimalist peyzajı paylaşmışdı. Balaca öz təxəyyülündə (xatiratında) canlandırdığı mənzərəni — kiçik evi, evdən daha hündür olan alma ağacını və onların arasından uzanan ensiz cığırı təsvir etmişdi. Bu, minimalist peyzajın diqqətimi çəkən tərəfi alma ağacındakı üç almanın və evin iki pəncərəsi ilə qapısının düzülüşü oldu. Evin pəncərələrinin və qapısının düzülüşü «T» şəkilli struktura sahib — insan simasındakı gözlər və ağızın yerləşmə nöqtələri ilə yaratdığı  «tərs üçbucaq» sxemini barındırırdı. Kiçik, kənd evlərinin bu cür təsvirinə əksər uşaq rəsmlərindən vərdiş almışıq. Lakin bu rəsmin əsas maraqlı cəhəti evin bu formada təsviri ilə bərabər, ağacın da, yəni ağacın üzərindəki üç almanın da insan simasındakı gözlər və ağız düzülüşündə («tərs üçbucaq» formasında) təsviri idi.

Davamı →