Bir müasir xanıma | Fəxrəddin Ziya

Sən çox ağıllı xanımsan,
özünə məxsus məntiqin, savadın.
Ağzından çıxan hər sözün lətif,
ətrafında istəyənin çox.

Sən əcəb cazibədar qadınsan,
gözlərin, baxışların mənalı.
Bədənin ağappaq, barmaqların zərif,
əndamın mərmər sürahi, gövdən şux.
Ardı →

Müasir qızlar

  • Qadın

Qadının taleyi öz əlindədir. Xoşbəxtliyi onun özündən, ağlından, dünyagörüşündən, davranışından asılıdır. Ona görə də qadınların həyatda fəal mövqe tutması xüsusilə vacibdir. Müasir qız necə olmalıdır? fikrinə münasibətlər təbii ki müxtəlifdir:
-müasir qız təmkinli, səbirli, mədəni olmalı, daim özünü təkmilləşdirməlidir;
-özünü məktəbdə, iş yerində, küçədə, ictimai yerlərdə, habelə ailədə ədəbli, mərifətli aparmalıdır;
-geyiminə-keçiminə, davranışına fikir verməli, moda əsiri olmamalıdır;
-yoldaşları, ailə üzvləri, qohumları, tanış-bilişləri ilə münasibətdə səmimi, mehriban olmalı, onlarla xoş rəftar etməli, böyüklərin hörmətini saxlamalıdır;


Ardı →