9 müdrik qayda

Həyat — çox qiymətli dərslər öyrədən müdrik bir müəllimdir. Bu, adi deyim yox, sübut olunmuş təcrübədir. Həyat məktəbində dərsə hazırlıqsız gəlmək qəbul olunmur. Əgər dərs öyrənmək lazımdırsa, siz bu vəziyyətdən düzgün nəticə çıxarmayana qədər həyat adlı müəllim onu dəfələrlə təkrarlayacq. Odur ki, həyatda çətin həyat sınaqlarından keçən adama müdrik və ya təcrübəli deyirik. Başqalarının səhvlərini təkrarlamaq istəmirsinizsə, müdriklərin məsləhətlərinə əməl etməyə dəyər.

Təəssüf ki, biz həyat dərslərini çox gec öyrənirik. Başımız daşa dəyməyənə qədər imtahandan keçmiş sayılmırıq. Ömür adlı səyahətdə insan iki duyğu arasında seçim etməli olur: ya biz inkişaf edirik, ya da həmişə və haradasa laxlayırıq. Hər bir həyat dərsi bizə böyümək və inkişaf etmək üçün göndərilir.
Davamı →

Müdrik cavablar

Xoşbəxtlik
Tolstoydan soruşurlar:
– Xoşbəxtliyinizin sirri nədədir?
O belə cavab verir:
– Olanlara şükür edirəm, olmayanlarısa dərd eləmirəm.

Söz
Fərabidən soruşurlar:
– Çox danışan adamlarla necə davranmaq məqsədə uyğundur?
Fərabi cavab verir:
– Çox danışana az qulaq asmaq lazımdır.
Davamı →

Atalar sözləri ilə həyata baxış III (ağlamaq haqda)

“Ağlamayan uşağa süd verməzlər”.

“Dağlar dağımdır mǝnim, qǝm ovlağımdır mǝnim, dindirmǝyin ağlaram yaman çağımdır mǝnim”.

 “İnsanı dǝrd  ağladar”. “Dǝrd bir deyil, iki deyil”. “Hansı dǝrdimi deyim, ağlayım?”.  “Özü yıxılan ağlamaz”.

“Ağlayanda elə ağla əzizi ölmüş kimi”. “Ağlayanda imam üçün də ağla, yezid üçün də”. “Dostunu ağladıb, düşmǝnini güldürmǝ”.

“Ağlamaqla günah bağışlanmaz”. “Ağlamaq fayda verməz”. “Keçdi gül, uçdu bülbül, istǝr ağla, istǝr gül”.

“Kişi ağlamaz” 

 


Ardı →

Atalar sözləri ilə həyata baxış II (yaxşılıq haqda)

“Dünyada bir pislik qalar, bir də yaxşılıq”. “Pisliyi torpağa əkdilər, göyərmədi”. “Başqasına pislik edən özünə etmiş olar”.

“Ömrün bərəkəti yaxşı əməl ilədir”. “Dünyada ən yaxşı şey yaxşılıqdır”. “Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən”. “Fürsət əldə ikən yaxşılıq eylə”. “Yazıq o adamdır ki, yaxşılıq etmir”. “Yaxşılıq edən yaxşılıq görər”. “Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın”. “Bir qarınc  yaxşılığı, bir çimdik yamanlıq pozar”. “Yaxşılıq elə, minnət qoyma”. “Yaxşılıq elǝyib bir şey umursansa etmǝsǝn yaxşıdır”. “Yaxşılıq elə at dəryaya, balıq bilməz, Xalıq bilər”. “Yaxşılığın əcrin Allahdan istə”.

 “Mǝn demǝdim, sǝn eşitmǝdin”. “Kimə yaxşılıq elədin, özünü ondan qoru”.

 


Ardı →