Dahilərdən müdrik aforizmlər

Napoleon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanarlar.

Sokrates
Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır.

Sofokles
Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.

Oscar Wilde
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.

Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.

Davamı →

Müdrik sözlər

  • Hər insana özün kimi hörmət etmək, özün kimi rəftar etmək – bundan yüksək heçnə yoxdur.  (Konfutsi)
  • Səni tam anlayan qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu adətən evliliklə bitir. (Oskar Uayld)
  • Bir şeyi qəbul etməliyik: ancaq anlamaq istəyənlər anlayır. (Bernar Veber)
  • Xırda nöqsanlarınıza fikir verməyin, xatırlayın ki sizdə daha böyükləri var. (Benjamin Franklin)
  • Kasıb, bədibəxt, xəstə və uğursuz – “səhər” sözünü çox istifadə edən insanlardır. (Robert Kiyosaki)

Davamı →

İki qardaş haqqında pritça

Çox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu  gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu müharibədən və ölümdən necə yaxa qurtarsınlar. Və qardaşlar Müdrikdən nəsihət istədilər.
Davamı →

Atalar sözləri ilə həyata baxış VI (söz haqqında)

“Əyri oturaq, düz danışaq”.

 “Dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da”. “Söz odur ki, haqqa vara".
“Sözün zahiri zərif, batini lətif olmalıdır”. “Qaba söz qaba hərəkətdən pisdir”. “Eyibli söz danışma”. «Sözü ağzında bişir, sonra çıxart». “Söz ağızdan çıxıncan sənindi”. “Deyilǝn söz geri qayıtmaz”.

“Adamı sözündǝn tutarlar, heyvanı buynuzundan”. «Bildiyindən danış, bilmədiyin səni güdaza verər». “Sözü məqamında de”. “İstədiyini söyləyən, istəmədiyini eşidər”. “Sözünü bilməyəni bayıra atarlar”.  «Söz danış, söz olsun”. Söz danış söz eşit”.

“Adam sözünü adama deyǝr”. “Adama sözü bir dǝfǝ deyǝrlǝr”. “Səhrada gül bitməz, cahilə söz yetməz”.

“Söz gǝzdirmǝ”. “Özgǝnin sözünü özgǝnin evindǝ danışma”. “Söz gǝzdirǝn adamdan qorx”. “Kişi, sözü üzǝ deyǝr”.  “Kişi öz sözünün ağası olar”.


Ardı →

Atalar sözləri ilə həyata baxış V (qaçmaq barədə)


“Verirlər – al, döyürlər – qaç”.  “Biri qaçar, biri qovar”. “Qaçmaq da hünərdir, qovmaq da”. “Qaçan da Allahı çağırır, qovan da”. “Düşmən çox olanda qaçmaq da mərdlikdəndir”.
“Yersiz gǝldi, yerli qaç”. “Asta qaçan namərddi”.

“Yazıdan qaçmaq olmaz”, “Yazılan pozulmaz”. “Bəladan qaçan bəlaya düşər”. “Mən qaçıram bəladan, bəla çıxır qabaqdan”. “Fələk güclü – mən gücsüz”. “Özü yazır, özü oxuyur”. “Dovşana deyir, qaç, tazıya deyir, tut”. “Köpǝyin iyǝ düşǝni tuladan bǝrk qaçar”.

“Boyunduruqdan qaçan öküzü kǝsǝrlǝr”.


Ardı →

Atalar sözləri ilə həyata baxış IV (varlı və kasıb haqda)


“Dünya kasıba zindandır, varlıya meydan”. “Pullu adamdan bəla da qorxar”.  “Pul əl çirkidir”. “Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi”.
“Kasıb pul tapdı, qoymağa yer tapmadı”.

 “Özündən dövlətli ilə ayaq çəkmə”. “Bəy ilə dalaşmaq dirəklə  güləşməyə bənzər”. “Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar”. “Davakarın şah olsa, ərizəni Allaha yaz”.

Dövlət başa bəladır”. “Dövlətin ən yaxşısı ağıldır”. “Yaxşı ad dövlətdir”. “Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır”. “Kasıblıq eyib deyil, oğurluq eyibdir”. “İşlə nökər kimi, ye ağa kimi”.

 “Sən ağa, mən ağa, inəkləri kim sağa?!”


Ardı →