Mühakimə etmək haqqında

Bir neçə il əvvəl nə qədər mühakimə edirəm deyə, öz üzərimdə eksperiment aparmaq qərarına gəlmişdim. Gün ərzində özümə bacardığım qədər diqqət kəsildim və nəticə çox faciəvi oldu: qarşıma çıxan nəsnələri, insanları, situasiyaları, məfhumları – irili, xırdalı hər şeyi, istəsəm də, istəməsəm də mühakimə edirdim (türklər daha dəqiq yargılamakdeyirlər). Mühakimə etdiyim şeylərin miqyası məni heyrətləndirmişdi. Əgər mühakimə etdiyim xırda şey idisə, məni bir anlıq üzürdü, yox əgər böyük idisə, uzun müddətə ovqatım pozulur, özümü əsəbi və bədbin hiss edirdim. Mühakimə etməyə mübtəla olmuşdum. Bu mübtəlalıq həyata baxışlarıma, qərarlarıma və özünüifadəmə təsir göstərirdi.  

Davamı →