Qubadlının igid qəhrəmanı - Əliyar Əliyev

Qubadlı rayonu 1933-cü ildə yaradılıb, bir şəhər və 93 kənddən ibarət olub, sahəsi 802 kvadrat kilometrdir. Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycanın igid oğulları şəhid olub.
Mayor Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı və


Davamı →

Birinci dünya müharibəsi

Britaniya tarixçisi Erik Hobsbaumun fikrincə, XIX əsr öz başlanğıcını 1789-cu ildən, yəni Böyük fransız inqilabından götürür və 1913-cü ildə başa çatır. Öz növbəsində, XX əsr – təqvimlə yox, tarixi olaraq – 1914-cü ildən, yəni I Dünya Müharibəsindən başlayır və 1991-ci ilə – dünyada qlobal dəyişikliklərin başladığı, 1990-cı ildə Almaniyanın birləşdiyi və 1991-ci ildə SSRİ-nin süqut etdiyi dövrə qədər davam edir.

Belə xronologiya Hobsbauma da, onun ardınca bir sıra başqa tarixçilərə də “uzun XIX yüzillik” və “qısa XX əsr” haqqında danışmağa imkan verir.

Beləliklə, I Dünya Müharibəsi qısa sürən XX əsrin bir növ proloqudur. Yüzilliyin açar mövzuları – sosial ixtilaflar, geopolitik ziddiyyətlər, ideoloji mübarizə, iqtisadi qarşıdurmalar, məhz, burada müəyyənləşib. Hərçənd XIX əsrlə XX əsrin kəsişməsində çoxlarına elə gəlirdi ki, Avropada müharibələr artıq tarixə qərq olub. Qarşıdurmalar olursa da, yalnız periferiyalarda, müstəmləkələrdə olur. Əksər müasirlərə görə, elm və texnikanın inkişafı, incə “Fin de siècle” mədəniyyəti milyonlarla insanın həyatını itirməsi və dörd böyük imperiyanın süqutu ilə nəticələnən “qanlı qırğınları” nəzərdə tutmurdu.

I Dünya Müharibəsi həm də dünyada total xarakter daşıyan ilk müharibədir: o, əhalinin bütün sosial təbəqələrinə, həyatın bütün sahələrinə toxunmuş, müharibəyə cəlb olunmamış heç nə qalmamışdı.


Davamı →

"Müharibə Qadın Simalı Deyil" kitabından sitatlar | Təsirli kitab sözləri

 

Tanrı insanı o güllə atsın deyə yaratmayıb; Tanrı insanı sevmək üçün yaradıb.

Müharibə Qadın Simalı Deyil, Svetlana Aleksiyeviç

 


 

  • Həyatın nə olduğunu dərk etmədən həyat uğrunda ölürdük..
  • Sevgi! Sevgi… Hamımızın ona ehtiyacımız var idi!
  • Xatırlamaq ağırdır, xatırlamamaq isə ondan da ağırdır.
  • Yaşanası ömürdən artığını yaşamaq çox dəhşətli bir şeydir...
  • Bax adam sevginin nə olduğunu bilmədən ölə bilər...
  • İnsan həyatı nemətdir. Böyük nemətdir! Biz insanlar deyilik o nemətin sahibi, o həyatı bizə bəxş edən var...
  • Məndən soruşun: «Xoşbəxtlik nədir?» Cavab verirəm: "Ölmüş insanların arasında birdən-birə sağ adama rast gəlmək...

Davamı →

Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz

Həyatımız, reallığımız özü cansıxıcıdır. Bəlkə, ona görə müasir gənclərin yazdıqları hekayələr ürəyimizi bu qədər sıxır? Biz işıqlı, sonu nikbinliklə bitən, nikbinlik aşılayan əsərlər gözləyirik. Onlarsa ancaq dərddən-qəmdən, məişətdəki davalardan, çətinliklərdən, insanların pozulmuş münasibətlərindən yazırlar.
Nərmin Kamalın “Müharibə qurtardı” hekayəsini oxuyanda mənim də ürəyim sıxıldı. Ancaq bu sıxıntı acığıma gəlmədi. Bu sıxıntı hekayədən qabaq da məndə vardı. Mənim kimi ürəyi sıxıntılı bir adamın, mənə bənzər adamın yazdığı hekayə idi bu.
Deməli, məni anlayan birinin.
Anladığım birinin.

Davamı →

Həzrəti Mehdi kimi zühur etməyən sülh

“Sülh” anlayışı böyük dövlətlərin, güclü xalqların uydurması, düşüncəsinin məhsuludur. Bir az axtarış eləsək, görərik ki, “sülh”ün daim adı olub, özü yox, ona hava və su kimi ehtiyacı olan xalqlar həmişə sülhü dördgözlü gözləsələr də sülh Həzrəti Mehdi kimi bu vaxta qədər heç bir yerdə zühur etməyib.
Bütün böyük dövlətlərin taleyi hər zaman müharibələrlə keçib, elə indi də o cürdür. Hərəsinin başı bir müharibəyə qarışıb. Əgər kimsə sülh istədiyini deyirsə, inanmayın, yalandır.

Davamı →

Azərbaycanın müharibə uşaqları və onların qorxuları

Axşam saat 10-da uşaqlar, yaşlılar, qocalar, hamilə qadınlar maşınlara əyləşdirilir və kəndlərdən çıxarılaraq qəbirstanlığının ətrafına, rayon mərkəzlərinə aparılırdı.
Kənd yolu və magistralların hər iki tərəfi içərisi insanlar və zəruri yüklərlə dolu maşınlarla əhatə olunmuşdu.
Kişilərdən bir qismi öz ailə üzvləri ilə birgə evdən çıxır və onlarla birlikdə maşında gecələyir, bəzi kişilər isə ailəsini çıxardıqdan sonra evinə qayıdır. Maşınların şüşələrindən həmin ailə başçısının axrasınca bir neçə narahat göz baxır.

Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 5-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 


İQTİDARDA, YÜKSƏK ZƏKA VƏ YA HƏQİQİ LİDER ÇATIŞMAZLIĞI Faktoru

Diqqət etsək, indiyəqədər Əliyevlər iqtidarının mövcud olmasının və bu qədər uzun çəkməsinin əsas səbəbləri; bölgədə xüsusi həssas tarazlıq durumu və balanslaşdırılmış siyasətin effekti; sistemin qurucusu Heydər Əliyevin xüsusi siyasi bacarığı; Qərbə, münasib qiymətə təqdim oluna bilən enerji ehtiyatları; strateji coğrafi şərait və tranzit mövqeyidir. Lakin, hazırda bunlardan ən azı biri- Heydər Əliyev və ya yüksək zəka amili mövcud deyildir; nə, hazırda siyasi limiti tükənməkdə olan İlham Əliyevin, nə də varislik üçün razılaşa biləcəyi Mehriban Əliyevanın ciddi siyasi səbatı yoxdur.


Davamı →