Birinci dünya müharibəsi

Britaniya tarixçisi Erik Hobsbaumun fikrincə, XIX əsr öz başlanğıcını 1789-cu ildən, yəni Böyük fransız inqilabından götürür və 1913-cü ildə başa çatır. Öz növbəsində, XX əsr – təqvimlə yox, tarixi olaraq – 1914-cü ildən, yəni I Dünya Müharibəsindən başlayır və 1991-ci ilə – dünyada qlobal dəyişikliklərin başladığı, 1990-cı ildə Almaniyanın birləşdiyi və 1991-ci ildə SSRİ-nin süqut etdiyi dövrə qədər davam edir.

Belə xronologiya Hobsbauma da, onun ardınca bir sıra başqa tarixçilərə də “uzun XIX yüzillik” və “qısa XX əsr” haqqında danışmağa imkan verir.

Beləliklə, I Dünya Müharibəsi qısa sürən XX əsrin bir növ proloqudur. Yüzilliyin açar mövzuları – sosial ixtilaflar, geopolitik ziddiyyətlər, ideoloji mübarizə, iqtisadi qarşıdurmalar, məhz, burada müəyyənləşib. Hərçənd XIX əsrlə XX əsrin kəsişməsində çoxlarına elə gəlirdi ki, Avropada müharibələr artıq tarixə qərq olub. Qarşıdurmalar olursa da, yalnız periferiyalarda, müstəmləkələrdə olur. Əksər müasirlərə görə, elm və texnikanın inkişafı, incə “Fin de siècle” mədəniyyəti milyonlarla insanın həyatını itirməsi və dörd böyük imperiyanın süqutu ilə nəticələnən “qanlı qırğınları” nəzərdə tutmurdu.

I Dünya Müharibəsi həm də dünyada total xarakter daşıyan ilk müharibədir: o, əhalinin bütün sosial təbəqələrinə, həyatın bütün sahələrinə toxunmuş, müharibəyə cəlb olunmamış heç nə qalmamışdı.


Davamı →

Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz

Həyatımız, reallığımız özü cansıxıcıdır. Bəlkə, ona görə müasir gənclərin yazdıqları hekayələr ürəyimizi bu qədər sıxır? Biz işıqlı, sonu nikbinliklə bitən, nikbinlik aşılayan əsərlər gözləyirik. Onlarsa ancaq dərddən-qəmdən, məişətdəki davalardan, çətinliklərdən, insanların pozulmuş münasibətlərindən yazırlar.
Nərmin Kamalın “Müharibə qurtardı” hekayəsini oxuyanda mənim də ürəyim sıxıldı. Ancaq bu sıxıntı acığıma gəlmədi. Bu sıxıntı hekayədən qabaq da məndə vardı. Mənim kimi ürəyi sıxıntılı bir adamın, mənə bənzər adamın yazdığı hekayə idi bu.
Deməli, məni anlayan birinin.
Anladığım birinin.

Davamı →

Tarixin ən qəribə müharibələri

1. Ən qısa müharibə Anqlo – Zənzibar müharibəsi 40 dəqiqə davam edib. 
17 avqust, 1896-cı ildə Birləşmiş Krallıq və Zənzibar arasında müharibə başlayır və 40 dəqiqədən sonra başa çatır. Müharibənin başlamasına səbəb, Britaniya yönümlü Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. 40 dəqiqə çəkən müharibədə 500 Xalid tərəfdarı öldürülmüş, bir britaniyalı dənizçi yaralanmışdı.

2. Donuz müharibəsi — Müharibə ABŞ və Britaniya hakimiyyətinin sərhəddi olan San Xuan adalarında bir donuzun öldürülməsi nəticəsində başlamışdı. Müharibə zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə qansız müharibə kimi daxil olub.

3. 335 il davam edən itkisiz müharibə- Bu müharibə Niderland və İngiltərə arasında Siliya adası uğrunda baş verib. 335 il davam edən müharibədə bir dəfə də olsun güllə atılmamış və heç bir itki haqda məlumat verilməmişdi. Müharibə 1986-cı ildə imzalanan sülh sazişindən sonra sona çatmışdı.


Ardı →

Azərbaycan müharibə illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.
Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.
Davamı →

Hərbi rekordlar-2

— İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 mln olmuşdur.Onlardan 25 mln Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar isilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirmişdir. Yaralananlar,kontuziya alanlar və donanların sayı 18 mln adam təşkil etmişdir.

— Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı(1851-1864) 20 mln-a yaxın insanın ölümünə gətirib çıxartdı. Üsyana özünü İisus Xristosun(İsa peyğəmbərin)qardaşı adlandıran ağılsız Xun Sutsuan başçılıq edirdi.Onun ordusu «Taypin tyanqo» adlanırdı və tərcümədə «Səmavi rifah dövləti» mənasını verir.
Ardı →