Mühasib kimdir və necə mühasib olmaq olar?

Mühasib şirkətlərin vazkeçilməz şöbələrindən biri olan mühasibatlıq şöbəsində şirkətlərin ehtiyacları üçün maliyyə əməliyyatlarını həyata keçirən şəxsdir .Bu sahədə müqavilə bağladığı özəl və dövlət sektorlarına xidmətlər göstərilərkən şirkətlərin gəlir və xərc hesabatlarının hazırlanması, illik balansının hazırlanması və Vergilər Nazirliyi ilə vergi ödənişlərinin təqibi kimi əməliyyatlar həyata keçirilir. Bundan əlavə, mühasib şirkətin maliyyə hesabatlarını hazırlayır.


Davamı →

Mühasib nələri bilməlidir?

Azərbaycan Respublikasında iqtsadiyyatın bir sistemdən başqa bir sistemə keçməsi ilə əlaqədar ölkəmizin əhalisi bütün sahələr üçün ümumi olan qulluqçu vəzifəsində olanlarla əlaqədə olmaq məcburiyyətində qalır. Bu vəzifələri tutanlar bütün hallarda öz işlərini tələblər səviyyəsində qura bilmir və insanlarda narazılıqlar yaranmasının səbəbkarı olurlar. Hər gün rastlaşdığımız bu cür çətinlikləri öyrənmək, belə vəzifələri icra edən insanların nəyi etməyə borclu olduqlarını oxucularımızın nəzər diqqətinə çatdırmaq istəyirik. Bu cür vəzifələrdən biri böyük, yaxud kiçikliyindən asılı olmayan bütün idarə və təşkilatlarda mövcud olan mühasib vəzifəsidir.
Mühasibin vəzifə borcu mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının,təsərrüfat-maliyyə fəaliyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı yerinə yetirir.
Davamı →