"Oscar"ın tarixi

İlk Oskar mükafatlandırma mərasimi 1929-cu il mayın 16-da keçirilib. Kino Sənəti və Elmləri Akademiyasının məşhur Hollivud bulvarında yerləşən “Hollywood Ruzvelt” hotelində keçirilən mərasimdə tanınmış rejissorlar, prodüserlər və aktyorlar da daxil olmaqla 270 qonaq iştirak edib.

Heç şübhəsiz ilklərdən biri olmaq böyük şərəfdir. Məsələn, “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”ın ilk qalibi 1927-ci ildə çəkilmiş “Hər şeyin yolu” və bir il sonra “Son əmr” filmlərində ifa etdiyi rola görə alman aktyoru Emil Yanninqs olub. Yanninqs daha sonra nasistlər üçün təbliğat filmləri çəkir. “Ən yaxşı film” nominasiyasında ilk Oskar rejissor Uilyam H.Vellmanın çəkdiyi və baş rolda Qari Kuperin oynadığı “Qanadlar” filminə verilib. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, o vaxt indiki kimi son ana qədər həyəcan olmamışdı. Çünki mükafatın qalibləri aylar əvvəl elan edilmişdi.

Sadəlikdən təmtərağa…


Davamı →