Mülki Prosesdə iddiaçının seçiminə görə aidiyyət

Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Amma qanun bəzi hallarda ümumi qaydadan kənara çıxmağa və aidiyyətin ərizəçi tərəfindən seçilməsinə imkan verir.

Bəs bu hallar hansılardır?


Davamı →

Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarış:

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:
965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 


Ardı →

Mülkiyyət hüququ

Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur. Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur.
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, nə deməkdir mülkiyyət?
Ardı →

Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri

Mülki hüquq  münasibətləri. Fiziki şəxslər. Mülki hüquq münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki hüquq münasibətlərinin subyektlərinə fiziki şəxslər, hüquqi şəxslər, dövlət və inzibati-ərazi qurumları daxildir. İstənilən ictimai münasibət kimi mülki hüquq münasibətləri də insanlar arasında əmələ gəlir. İnsanlar bu hüquq münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış edirlər. Mülki qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır.
Hüquq subyektliyi — şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır.


Ardı →

Mülki hüquq münasibətləri

Müxtəlif səpkili normativ aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi əmlak və şəxsi qeyri — əmlak xarakterli ictimai münasibətlər mülki hüququn predmetini təşkil edir. İctimai münasibətlərin mülki-hüquqi tənzimetmə mexanizminin açılmasında mülki hüquq münasibətlərinin anlayışı mühüm rol oynayır.
İctimai münasibətlərin mülki hüquq normaları ilə tənzim edilməsi nəticəsində onlar hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül tapır. Mülki hüquq münasibətləri — mülki hüquq normaları ilə nizama salınan bu və ya digər münasibətlər deyil, məhz həmin ictimai münasibətlərdir. Mülki hüququn predmetinə həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri daxildir. Əmlak münasibətlərinin mülki hüquqla tənzim edilməsi nəticəsində mülki əmlak hüquq münasibətləri əmələ gəlir. Şəxsi qeyri-əmlak hüquq münasibətləri də, bu münasibətlərin mülki hüquq normaları ilə nizama salınması nəticəsində formalaşır.


Ardı →

Mülki hüquq anlayışı və sistemi. Mülki qanunvericilik

Mülki hüquq — milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə — bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır.
Ardı →