Iki və daha çox sadə cümlənin məna və tələffüzə görə birləşməsindən əmələ gəlib müəyyən bir fikri ifadə edən cümlələr mürəkkəb cümlə (
сложное предложение) adlanır.
Sadə cümlələr mürəkkəb cümlə əmələ gətirmək üçün iki əsas üsulla birləşirlər:
1) bağlayıcılar və nisbi əvəzliklərlə əvəzlikli zərflərdən ibarət bağlayıcı sözlərlə;
2) intonasiya vasitəsi ilə (bağlayıcı və bağlayıcı sözlər olmadan).
Bağlayıcı və bağlayıcı sözlərlə sadə cümlələrin birləşməsindən əmələ gələn mürəkkəb cümlələr də öz növbəsində iki cür olur: tabesiz mürəkkəb cümlə (
сложносочиненное предложение) və tabeli mürəkkəb cümlə (
сложноподчиненное предложение).
Iki və daha artıq sadə cümlə tabesizlik bağlayıcıları vasitəsi ilə birləşərək tabesiz mürəkkəb cümlə əmələ gətirir. Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir-biri ilə birləşdirici (
соединительный), inkar (
противительный) və bölgü bildirən (
разделительный) bağlayıcılarla əlaqələndirilir. Bu bağlayıcılar aşağıdakılardır:
и, да (i mənasında),
да и, ни… ни, тоже, также, а, но, да (но mənasında
), зато, однако, же; или (иль), либо, то… то, не-то… не то, го-ли… то-ли. Məsələn:
Запел горн, и колонна двинулась к реке, Грачи прилетели, а весны не принесли. Ни волны на море, ни ветерка в небе.
Ardı →