Müsahibədən öncə şirkət haqqında bunları öyrənin

İş müsahibəsinə hazırlaşmağın vacib hissəsi ‘ev tapşırığı’nı şirkət üzərində qurmaqdır. Müsahibinizlə görüşdən əvvəl yenicə öyrəndiyiniz informasiyalar özünüzü daha hazırlıqlı hiss etməyinizə kömək edəcək və müsahibə davam etdikcə sizi keyfiyyətli söhbət mövzuları ilə təmin edəcək.

İşə götürənlər təkcə sözü gedən iş yerinin məsuliyyətləri haqda deyil, həm də şirkət haqqında kifayət qədər məlumatlı olan namizədləri qeydə alırlar. Bu, işə götürənlərə göstərir ki, siz səriştəli namizədsiniz və iş üçün çarəsizlikdən deyil, bütün faktları nəzərdən keçirdikdən sonra müraciət etmək qərarına gəlmisiniz.
Davamı →

Müsahibədən keçmək üçün nə etmək lazımdır?

Aleksin CV-si çox gözəl idi. O universitetdə əlaçı olub, bir neçə texniki layihədə iştirak edərək mükafat alıb və ilk iki iş yerində konkret nəticələr əldə edib. Bütün bunlara baxmayaraq, Aleks ilk müsahibəsində işəgötürənlərdən “rədd” cavabını aldı. Xoşbəxtlikdən, Aleks bu qərarı dəstləkləməyən iş yoldaşından “rədd” cavabının səbəbini öyrəndi. Məlum oldu ki, müsahibəni aparan insanlar Aleksin bu vəzifədə maraqlı olmadığını gördülər. O, emosiyasız idi, layihələr çərçivəsində gördüyü işlər haqqında heç bir məlumat vermədi və ümumiyyətlə özünü çox sakit aparmışdır.

Aleks Hong-Kongda böyüyüb. O bilir ki, insanın yerinə onun nəticələri danışmalıdır. Lakin Aleksin potensial işəgötürəni Amerika şirkəti idi, amerikanların əksəriyyəti isə elə düşünür ki, güclü və maraqlı namizədlər öz nailiyyətləri haqqında danışmağı çox xoşlayırlar. Aleks bu haqda düşündü və maraqlı olduğunu göstərmək üçün nə etməli olduğunu müəyyən etməyə çalışdı.
Davamı →

Qəhrəman Kazımov: “Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

Qəhrəman Kazımov — “Azerfon”un Marketinq üzrə direktoru. Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində “İqtisadiyyat” ixtisası üzrə magistr pilləsində təhsil alıb. Eyni zamanda Stokholm Texnologiya Institutunda “Telekommunikasiya” üzrə təhsil proqramının məzunudur.
Telekommunikasiya sahəsində 10 illik təcrübəyə malik beynəlxalq səviyyəli mütəxəssisdir. Kommersiya strategiyası, istehlakçı marketinqi, qiymət siyasəti, müştəri dəyərinin idarəedilməsi, məhsul və xidmətlərin idarəedilməsi, biznes analitikası kimi sahələrdə ixtisaslaşıb.
Q.Kazımov müxtəlif iri layihələri icra edib.  Bunlara mobil nömrə daşınması, konturdan manata keçid, müştəri itkisinin proqnozlaşdırılması modelləri, kampaniyaların avtomatik idarə edilməsi sisteminin qurulması, istehlakçıların loyallıq proqramlarının qurulması kimi layihələri göstərmək olar.
Davamı →

Kiarostami ilə müsahibə

  • Kino
— Siz “Albalı dadı” filminin final epizodunu necə şərh edərdiniz? Hadisələr gecə, qaranlıqda baş verir və bilmək olmur sizin qəhrəmanınız cənab Baadinin başına nə gəlir: o sağ qalır yoxsa özünə qəsd edir? Bəs niyə filmin son kadrlarında çəkiliş qrupu ortaya çıxır, şəkillərsə videoya keçir?

— Hər şeyi yəqinləşdirmək istəmədim, eyni zamanda tamaşaçıları qaranlıqla, çıxılmazlıq hissi ilə baş-başa buraxmaq istədim. Elə buna görə də film mənimçün mahiyyətcə bitəndə, sonuna süjetlə əlaqəsi olmayan sənədli epizodlar əlavə etdim. Enerji dolu gənc əsgərlər qaçır. Ətrafda ağaclar çiçəkləyib. Qışdan sonra bahar gəlir. Həyat davam edir.
Davamı →

Mixail Haneke ilə müsahibə

  • Kino

Siz əhatəli şəkildə psixologiya və fəlsəfə oxumusunuz…

– Nə qədər əhatəli oxuduğumu deyə bilmərəm. Psixologiyadan da, fəlsəfədən də öyrəndiyim bu oldu: Oxumağa başlamazdan əvvəl suallara cavab tapa biləcəyimizi zənn edirik, amma nəticə olaraq əlimizdə cavablar yox, suallar qalır. Mütaliədən öyrəndiyim tək şey budur: sual verməyə davam etsəniz də cavab almayacaqsınız.

“Gizli” filminin sonu filmləriniz arasında ən ümidverici sonluğu olan filmdir. Bu nə ilə bağlıdır?
– Bunu çox fərqli formalarda izah etmək olar. Bu barədə bir-birinə zidd xeyli fikirlər eşitdim. İki uşağın öz aralarında razılığa gələcəklərini söyləyənlər oldu, yəni müsbət yanaşanlar… Məcidin uşağı qaçıracağını düşünənlər də. Çox fərqli şərhlərin olması xoşuma gəldi. Çünki mənim fikrimcə film uçuş xətti kimi olmalıdı. Tamaşaçılar həmin xətlə hara istəyirlərsə ora da uçmalıdırlar.
Davamı →

Riçard Girlə müsahibə

  • Kino
Daha dərinə, qaranlıq məkanlara, soyuq suya baş vurmalısınız. Məhz bu zaman məhəbbət yaşayacaq...

– Riçard, siz bir neçə nəsil üçün seks-simvol olmusunuz, bunu dərk edirsiniz?
– İcazə verin, sizə bir şey danışım. Bir neçə il bundan qabaq “Hantın ovu” filmini çəkirdik. Çəkiliş qrupunu təqdim etmək üçün kiçik mətbuat konfransı təşkil etdik. Arxa oturacaqlarda çox cavan və utancaq qız əyləşmişdi. O, əlini qaldırıb dedi: “Ailəmizin üç nəsli adından sizə təşəkkür edirəm. Sağ olun ki, kinoda işləməyə davam edirsiniz. Biz sizi sevirik. Bunu öz adımdan, anamın və nənəmin adından söyləyirəm”. Öz –özümə düşündüm, necə də xoşdur, ancaq eyni zamanda, tanrım, mən necə də qocayam! Doğrudan da, bu işlə nə vaxtdır ki, məşğulam…

– Bu gün həyatınıza və karyeranıza nəzər saldıqda özünüzün ən böyük nailiyyəti nəyi hesab edirsiniz?
Davamı →

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ


 – Müharibə haqda nə düşünürsüz?
 -Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.

 – Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?
– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.

 – İnsanlıq müharibəni sevir?
– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.


Ardı →

Qao Sinszyan | müsahibə

Qao Sinszyan çinli nasir, tərcüməçi və dramaturqdur. 1940-cı ildə anadan olub. Hazırda Fransada yaşayır. Onun əsərləri əksinqilabi təbliğata xidmət etdiyi üçün Çində qadağan edilib. Qaonun ən məşhur əsəri “Ruh dağı” romanı hesab olunur. 2000-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Yazıçının 2010-cu ildə Yazıçıların Praqa Festivalı çərçivəsində verdiyi müsahibə

— Nə vaxtdan fransızca yazmağa başladınız? Çin dilindən sonra bu çətin gəlmirdi ki?
— Əlbəttə, çətin idi. Mən 1990-cı ildə fransızca yazmağa başladım. Bu çox məzəli idi. O vaxt mən artıq iki il idi ki, Parisdə yaşayırdım. Bu Fransa Mədəniyyət Nazirliyinin sifarişi idi. Çin dilində yazmağa davam etməyin mənası yox idi… vaxt gedir, mən çalışırdım… Amma yad dildə yazmaq əlbəttə avantüradır. Hər halda maraqlı işdir.

— Çində sizin yaradıcılığınıza münasibət necədir, hələ də...?
— Qadağan edilmişəm, özü də çox ciddi şəkildə. Budur, artıq 23 ildir belədi.

— Amma mənim eşitdiyimə görə sizin əsərləriniz Müasir Çin Poeziyası antologiyasına daxil edilib, bu belədir?
— İnanmıram.


Ardı →

Elif Şafakla müsahibə

“Kişilik də forma kimi əynimizə geyindirilib”

Elif Şafak-Dünyanın müxtəlif ölkələrindən oxucularınız var. Ən çox hansı ölkədən yazırlar?
— Son vaxtlar mənə Azərbaycan, Hindistan, Pakistan, İran, İndoneziya və Ərəbistandan yazırlar. Əvvəllər çox fikir vermirdim. “Twitter”də aktiv izləyirlər.

“İsgəndər” kitabı qadına təcavüz mövzusu ilə diqqət çəkmişdi. Kitab çıxandan sonra təcavüzə məruz qalan qadınlardan sizə yazanlar olub?
—  Çox maraqlı məktublar və e-maillər aldım oxuculardan. Universitetlərdən, həbsxanalardan təkcə qadınlar yox, arvadlarına, yaxud ailə üzvlərinə xəsarət yetirən, təcavüz edən kişilərdən peşmançılıq məktubları gəlirdi.
Mən “İsgəndər”də kişiləri pisləməmişəm. Demək istədiyim bu idi: Kişilik də əynimizə forma kimi geyindirilir.
Bizdə qadın hərəkatları hər şeyi qadınların üstünə fokuslayır, qadının hekayəsini önə çəkir, halbuki atalıq, ərlik, qardaşlıq anlayışının dəyişməyə daha çox ehtiyacı var. Təbii, qadının hekayəsi də vacibdir, amma kişinin hekayəsini bilmədikcə təcavüz cinayətlərini həll edə bilmərik.
Biz qadınlar da cəmiyyətin kişi mərkəzçi olmağında az rol oynamırıq. Oğullarımızı elə böyüdürük, ərimizi güclü görmək istəyirik.


Ardı →

Orhan Pamuk | müsahibə

Nobel mükafatçısı yazıçı Orxan Pamuk bir müddət əvvəl İtaliyanın yüksək tirajlı “La Repubblica” qəzetinə müsahibə vermişdi.Yazıçı müsahibədə olduqca maraqlı fikirlər səsləndirmişdi. Orhan Pamuk

 “Ailənin idiotuydum, amma sonra Nobel qazandım” başlığı ilə çap olunan müsahibədə yazıçı mühəndis ailəsindən gəldiyini, xüsusilə də böyük qardaşı və ona böyük ümidlərin olduğunu, amma onun müəllimlərdən çəkindiyi üçün bu sahədə inkişaf edə bilmədiyini deyib.

 Ailəsinin klassik türk patriarxal ailə tipində olduğunu və böyük qardaşı ilə özünün üçüncü dünya ölkələri tərzində bir təhsil aldıqlarını vurğulayan Pamuk qardaşlardan birinin mütləq mühəndislik oxumalı olduğunu, böyük qardaşının Yale Universitetində “Kimya mühəndisliyi”ni oxuyaraq bunu etdiyini, özünün isə ailənin tipik bir ikinci uşağı olaraq qaldığını danışdı.

 Jurnalistin “Fransız yazıçısı Sartrın “Ailənin idiotu” kimi mi?” sualına Orxan Pamuk bu cür cavab verib: “Bəli. Hətta daha çox. İkinci doğulanlara bariz sübutam. Ailə həmişə ilk uşağın təhsilinə daha çox diqqət edir. O da özünü daha məsuliyyətli hiss etmək məcburiyyətində qalır. Bir yerə gedəndə qardaşım küçələri tapmağa çalışar, mən havaya, vitrinlərə baxar, xəyallar qurardım.


Ardı →