Mənfi enerjidən qorunmağın 5 yolu

Ətrafdakı insanların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıqdır. İradəli insanlar bu işin öhdəsindən daha asan gələ bilir. Xarakter baxımdan zəif insanlar bir çox hallarda enerji vampirlərinin qurbanına çevrilir və bu vəziyyətdən çıxış yolu tapana qədər çox böyük enerji itirir.

Empatiya — başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya — digər insanlara qarşı sevgi və mərhəmət hissidir.
Davamı →

Enerji vampirləri ilə mübarizə yolları

Bionerji terapevti Lyudmila Morvina həyat enerjisi haqqında vacib tövsiyələr verib.
Biz hər gün həyat enerjisini daim oğurlayan insanlarla qarşılaşırıq. Amma bunun niyə və necə baş verməsi, eləcə də enerji vampirləri ilə mübarizə üsulları barədə bizə məktəbdə heç kim heç nə öyrətmir.

Artıq heç kimə sirr deyil ki, insan sadəcə fiziki varlıq deyil, həm də alimlərə çoxdan məlum olan enerji sahəsidir. Bu, beynin elektrik şüaları, neytron və neytrinlər, eləcə də bionerji və ya bioplazmadır.

Bionerji mütəxəssisləri iddia edir ki, insanlar hər zaman, hətta yatdığı və ya səssiz olduğu vaxtlarda da aralarından enerji mübadiləsi baş verir. Başqasının energetika sahəsi ilə qarşılıqlı təsirini şüuraltı olaraq hiss edirik, biz buna ya əhval-ruhiyyənin, ya da fiziki vəziyyətin dəyişməsi ilə ona reaksiya veririk. Əgər hər hansı insanla münasibət qurmaq sizin üçün asan və xoşdursa, onunla eyni anda susa bilirsinizsə, deməli, enerji mübadiləniz əla gedir, siz bir-birinizi mənəvi baxımdan qidalandırırsınız. Odur ki, bundan hər ikiniz qazanırsınız. Əgər siz qıcıq, təşviş, hətta qəfil ağrı və ya gücünüzün birdən-birə yox olduğunu hiss edirsinizsə, deməli, o adam sizin üçün enerji oğrusudur.
Davamı →