Müstəmləkə sisteminin formalaşması

Müstəmləkəçilik-qəsbkar dövlətlərin (metropoliya) istila edərək tamamilə özlərinin mülkiyyətlərinə çevirdikləri xalqlara və ərazilərə (müstəmləkə) qarşı işğalçı siyasət kimi anlanılır. Müstəmləkə və müstəmləkəçilik kapitalizmdən çox-çox əvvəl Roma imperiyası dövründə də olmuşdur. O, XV əsrdən bir sistem olaraq-ilk coğrafi kəşflərdən başlayıb-inhisarçı kapitalizm zamanında formalaşmışdır. İlk müstəmləkə imperiyasını Portuqaliya və İspaniya təşkil etmişdilər. Portuqaliya sonradan müstəmləkələrini əlində saxlaya bilməmişdi. XVI əsrin ortaları üçün İspaniya Mərkəzi və Cənub Amerikada böyük müstəmləkə imperiyası yaratmışdı.
Davamı →

Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması

Böyük coğrafi kəşflərin səbəbləri aşağıdakılardır:

  1. Avropada əmtəə istehsalı çoxaldı, ticarət inkişaf etdi, pula tələbat artdı, əmtəəni satmaq üçün bazar lazım idi.
  2. Feodalların və şəhərlilərin qızıla hərisliyi artmışdı. XV əsrdə avropalılar qızıl əldə etmək üçün uzaq ölkələrə səfərə çıxırdılar.
  3. Çin və Hindistanla ticarət əvvəllər ərəblərin, sonralar isə osmanlıların əlinə keçdi. Kiçik Asiya və Suriyadan keçən ticarət yollarına türklər yiyələnmişdilər. Gömrük haqqı o qədər yüksək idi ki, tacirlər bu yolla ticarət aparmırdılar.
  4. Avropalılar şərqə birbaşa ticarət etmək, ticarətdən gələn böyük gəlirə sahib olmaq istəyirdilər. Bu səbəbdən avropalılar Hindistana dəniz yolları axtarmağa başladılar.
  5. Dəniz cihazlarından, kompasdan istifadə, karavella gəmilərinin düzəldilməsi avropalıların uzaq dəniz səyahətlərinə çıxmasına imkan verdi.

Davamı →