Uşaqlara mütaliə vərdişi uşaqlıqdan aşılanmalıdır

Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir?
  • İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız, uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
  • Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu formada uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
  • Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu, onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir.

Davamı →

10 qısa əsər

Uzun əsərlər oxumaq üçün vaxtınız və səbriniz yoxdursa, bunu bəhanə edərək mütaliədən uzaqlaşmamalısınız. Çünki dünya ədəbiyyatında çox zaman tələb etməyən əsərlər də var.

1. «Sehrli ev» — Virciniya Vulf
Təxminən 700 sözdən ibarət bu əsər V.Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. «Sehrli ev» iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.

2. «Filin güllələnməsi» — Corc Oruel
Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.

3. "İldırımın səsi" — Rey Bredberi
Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun "İldırımın səsi" əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və «kəpənək effekti» adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.
Davamı →

Uşaqlara oxumaq həvəsinin aşılanması

Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.

Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.

1. Yaxşı müəllim axtarın
20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.

2. Özünüz də kitab oxuyun
Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…

Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır.


Ardı →

Kitab oxumağın faydaları

Kitab Oxumaq bir dərmandır.
Kitab Oxumaq həyatı sevdirər.
Kitab Oxumaq düşüncələri yetkinləşdirər. Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.
Kitab Oxumaq stressi azaldar,
Kitab Oxumaq zehni açar, kobudluqdan qurtarar.
Kitab Oxumaq gözəl görməyimizi təmin edər.
Kitab Oxumaq Bizi «Bilən» edər.
Kitab Oxuyanın etibarlı bir ətrafı meydana gələr.
Kitab Oxuyanın söz xəzinəmizi zənginləşdirər, danışıq qabiliyyətimizi qüvvətləndirər, mədəniyyətimizi artırar. Təsirli bir insan edər.
İş həyatımızdakı müvəffəqiyyət səviyyəmizi yüksəldər.
Dünyaya baxış bucağımızı dəyişdirər.
Cəmiyyətdəki əlaqələrimizin keyfiyyətini artırar.
Dərs həyatındakı müvəffəqiyyətləri gücləndirər.
Xəyal gücümüzü inkişaf etdirər.
Oxumaq həzz duymağa, zehinimizi gücləndirməyə, qərar vermək qabiliyyətlərimizi inkişaf etdirməyə faydalıdır.
İnsanı yetkinləşdirər.

 


Davamı →