Dəyərli ata sözləri

atalar sozləriPislik etməmisənsə, şeytanların qapını döyməyindən qorxma. (Çin atalar sözü)

Təmiz vicdan qədər yumşaq yastıq yoxdur. (Fransız atalar sözü)

Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər. (Çin atalar sözü)

Xəmir yoğurmaq istəməyən beş gün un ələyər. (Yunan atalar sözü)

Bir dəfə aslanın belinə mindinsə, enmək çətindir. (Çin atalar sözü)

Yaxşı at olsun, nalı olmasa da olar. (Kürd atalar sözü)

Güclü insanların iradəsi, zəiflərin isə ümidi olur. (Çin atalar sözü)


Ardı →