Azərbaycan mətbəxində içkilər

ayranMətbəximizin növ müxtəlifliyi ilə zəngin hissələrindən biri – içkilərdir. Tutdan, zoğaldan və digər bitkilərdən araq çəkilir ki, bundan əsasən müalicəvi vasitə kimi istifadə edirlər. “Araq” – dilimizdə “ağ içki” mənasını verir (aq – ağ, ar – içki deməkdir, kefir sözündəki “ir” də içki mənasındadır). Digər tərəfdən “ar” sözü “arınmış” sözündən olmaqla təmiz, təmizlənmiş mənasını da verə bilər.

Distillyasiyanın köməyi ilə müxtəlif bitkilərdən alkoholsuz müalicəvi araqlar, cövhərlər və digər distillyasiyalar hazırlayırlar.

Buna misal olaraq, nanədən çəkilən araq, gülabı, qarışıq otlardan hazırlanan “çal araq” göstərilə bilər. Qədim zamanlardan Azərbaycanda “buza” – pivə də hazırlanır. Rus sözü “buzit” də bu sözdən törəmişdir.

Digər türk mətbəxlərində olduğu kimi süddən və turşumuş süd məhsullarından “ayran”, “atlama”, “bulama” kimi çoxlu içkilər mövcuddur.

Meyvə şirələrindən, müxtəlif bitki cövhərlərin və qənddən istifadə etməklə növbənöv şərbətlər düzəldirlər. Şərbətlər süfrəyə əsasən plovla verilir, bayramlarda və mərasimlərdə içilir. “Ovşala”, “qəndab”, “itburnu suyu”, “səlab” kimi içkilər təkcə süfrəni bəzəmir, həm də müalicəvi xassələrə malikdirlər.


Ardı →