Florens Naytingeyl

Onun anadan olduğu gün hər il Beynəlxalq Tibb Bacıları günü kimi qeyd edilir.
O, 1837-ci ilin fevralın 7-də “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı” yazmış, ömrünün axırlarına doğru verdiyi bir bəyanatda isə bu “dəvəti” bütün ömrü boyu dörd dəfə eşitdiyini iddia etmişdi.
O, ölümündən üç il əvvəl ingilis kralından “Britaniya İmperiyasına və Bəşəriyyətə Yüksək Xidmət medalı” almışdı. O, bu medalı alan ilk qadın idi.
O, 1907-ci ildə İngiltərənin “Böyük Xidmətə görə” (Order of Merit) medalı ilə ödülləndirildi. O, bu medalı da alan ilk qadın idi.
O, öldüyü tarixdə yalnız Amerikada onun adını daşıyan məktəblərin sayı mindən artıq idi.
O, ingilis banknotlarının üstündə şəkli olan nadir şəxslərdən biridir.
O, öz dövründə qazandığı şöhrətlə İngiltərə kraliçasını belə kölgədə qoydu.
Əslində, qarşınıza çıxan hər bir fədakar, öz işini sevən tibb bacısında bir az da onu görürsünüz. Adını tarixə əbədi yazmış bu qadın tibb bacısı Florens Naytinqeyldir.


Ardı →

Kleopatra

  • Qadın
Tarixdə bu adda başqa çariçalar da var. Amma Kleopatra bir dənədi. Fironlardan sonuncusu, siyasət xanımlarından birincisi. Diplomat, poliqlot, riyaziyyatçı. O biri üzü canavar olan bir gözəl… Ağıllı və təhsilli, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri olan Kleopatra insanları məftun eləmək sənətinin sirlərinə yiyələnmişdi. Dünyanın bütün güc-qüvvəti kişilərin əlində olduğundan öz istedadını sevgi-məhəbbət sahəsində məharətlə işlədirdi.

Azyaşlı qardaşı ər kimi

Kleopatra Makedoniyalı İsgəndərin dostu olan Ptolomeyin nəslindəndir. Müharibələrdə qazanc kimi gözəl və sirli Misir torpağını özünə hədiyyə kimi istəyən Ptolomey İsgəndərin ölümündən sonra öz padşahlığına çəkilmiş və bu ölkənin paytaxtını da dostunun şərəfinə Aleksandriya adlandırmışdı. Kleopatranın atası 11-ci Ptolomey Avlet qəddar və hamının nifrət etdiyi bir insan idi. Dünyasını dəyişəndə öz taxt-tacını böyük uşaqları 16 yaşlı Kleopatra və 13 yaşlı Ptolomeyə vəsiyyət edir. Misir adətinə görə, bacı-qardaş nikah bağlayırlar.
Davamı →