Vinsent van Qoq və yapon sənətinin psixoloji təsirləri

Vincent van Gogh1888-ci ilin fevral ayında çətinliklərlə dolu bir yolu geridə qoyduqdan və öz məqsədini tapdıqdan 10 il sonra, Vinsent van Qoq (30 mart 1853 — 29 iyun 1890) onu öz mənzərəsi ilə heyran edən Fransanın cənubundakı Arl qəsəbəsinə köçdü. 

Beləliklə, rəssamın həyatında 200-dən çox yağlı boya tabloları, 100-dən çox suluboya və karandaş ilə çəkilmiş əsərləri və yaradıcılığının zirvə nöqtəsi olan məşhur “Günəbaxanlar” əsəri ilə anılan fövqaladə məhsuldar dövr başlamış oldu. Lakin bu dövr həmçinin yoxsulluq və özünə xəsarət verməsi hadisəsi ilə yadda qalan psixi-həssas sıxıntılar yaşadığı bir dövr olmuşdu.

Bədii sərxoşluqdan və kofeindən hədsiz kömək alan rəssam qardaşı Teoya “Bitkin olduğumu fikirləşirəm. Demək olar ki, hələ də pulunu vermək məcburiyyətində olduğum çörək və dörd gün ərzində içdiyim 23 fincan qəhvə ilə yaşayıram” deyə yazmışdı.
Davamı →

Sürrealizm və Salvador Dali

Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insan üçün sadələşdirmək, əlçatan eləməkdir. Sürrealistlər isə çətini asanlaşdırmaq yerinə qəlizləşdirir, tamaşaçını çıxılmazlığa salır.

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar.

Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib. 
Davamı →

İvan Şişkin | Mənzərə ustası

İvan Şişkin“Mənzərə” anlayışı ilə İvan Şişkinin adı qırılmaz tellərlə bağlıdır. Hər bir insanda möhkəm surətdə Vətənlə assosiasiya olunan doğma təbiəti öz tablolarında əks etdirmiş İvan Şişkin Rusiyada bəlkə də ən məşhur mənzərə ustasıdır. 

Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (“Полдень. В окрестностях Москвы”, 1869) adlanır.
Davamı →

Fransız impressionist rəssam Klod Mone

Klod Mone (14 Noyabr 1840 — 5 Dekabr 1926), Fransız impressionist rəssam.
Oskar-Klod Monet və ya Klod Oskar Monet olaraq da tanınır. İmpressionizm termini, Monetin Gün Doğuşu adlı rəsmindən gəlir. İmpressionizm, müasir rəsm sənətindəki ilk böyük inqilabi hərəkatdır. Monet, rəsmlərində fırça zərbələri ilə yaratdığı müxtəlif rənglərdə nöqtələrlə istədiyi təsəvvürü yaradacaq rəng və işıq təsirini yaratmağı bacarmışdır.

Uşaqlığı və gəncliyi
Adolf və Louise-Justine Monet cütlüyünün övladı olan Monet, Parisdə dünyaya gəlib. 1845-də, yəni Monet beş yaşında olanda, ailəsi Normandiyadakı La Havreyə köçüb. 1851-ci ilin aprelində, Monet Le Havredə orta məktəbə başladı.
Davamı →

Van Qoq

Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunub, lazım olan qiyməti alır. Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi Van Qoq kimi…

Çətin və anlaşılmaz həyatın başlanğıcı
1852-ci ildə Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və kilsə rahibi Teodor Van Qoqun ailəsində bir oğlan dünyaya gəlir. Yeni doğulmuş körpənin ailəyə böyük qələbələr və uğur gətirməsi üçün adını rahib babasının şərəfinə Vinsent, yəni “Qalib” qoyurlar. Lakin çox keçmir ki, yeni doğulmuş körpə dünyasını dəyişir. Baş vermiş hadisədən sarsılmalarına baxmayaraq, gənc valideynlər ümidlərini itirmirlər və nə az, nə çox,  düz bir ildən sonra ailəyə yenidən üçüncü bir üzv qatılır. Bu dəfə də uşağa Vinsent adını verirlər. Bəlkə valideynlər elə bununla özləri belə bilmədən böyük bir səhvə yol açırlar. Ölmüş övladlarının adını yeni doğulan körpəyə verməklə sanki  övladlarının öncədən qəmli və həzin bir həyat yaşamasına imza atırlar. Vinsentin daha bir qardaşı və üç bacısı vardı.
Davamı →

Pablo Pikasso haqqında 10 fakt

1. Pikassonun tam adı 23 sözdür. Picasso’nun tam adı: Pablo Diego José Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santisima Trinidad Martyr Particio Clito Ruiz y Picasso. Müxtəlif yaxın adamlar və qohumları ona bir çox ad vermişdir. Picasso adı isə anası Maria Picasso Lopezdən qaynaqlanır. Atasının adı isə Jose Ruiz Blascodur.n düzəldilmə olduğu qeyd edildi.
154494_337710942955403_2077443111_n
2. Doğularkən onun ölü doğulduğunu sanıblar. Picassonun doğumu olduqca ağır olmuşdur və çox zəif bir uşaq olmuşdur. Onun ölü doğulduğunu düşünən həkim, onu masanın üzərin qoyaraq anası ilə maraqlanmağa başlamışdır. O zamanlarda bir çox həkimlərin siqaret çəkdiyini söyləyən Pikasso, stolun üstündə uzanarkən həkim olan dayısı Don Slavadorun çəkdiyi siqaretin tüstüsünü Pikassonun üzünə üfləməsi ilə o, qəflətən bağıraraq və ağlayaraq reaksiya vermişdir. Beləliklə, Don Salvador, Pikassonun həyatını xilas etmişdir.
75541_337713149621849_223373978_n
3. Pikassonun ilk soylədiyi söz: Qələm Pikasson sözün əsl mənasında rəssam olmaq üçün doğulmuşdur: ilk dediyi ispan dilində “qələm” mənasını bildirən “lápiz”in qısaldılmış “piz” versiyası olub. Rəssam və professor olan atası Ruiz, 7 yaşından etibarən rəsm istiqamətində dərs vermişdir. Ruiz Pablonun özündən daha üstün olduğunun görəndən sonra rəsm çəkməkdən imtina etmişdir.
579750_337710149622149_226477888_n
4. Pablonun ilk rəsmi Hələ 9 yaşında ikən Picasso ilk rəsmini tamamlayıb: “Le picador” – “Öküz güləşində at sürən adam”. Ilk akademik işi “First Communion”da isə atası, anası və kiçik qardaşının kilsə mehrabı önündə diz çökməyini təsvir etmişdir. Pikasso bu işi bitirərkən 15 yaşı var imiş.
542079_337717109621453_333910482_n
5. Pikasso dəhşətli bir şagird imiş. Pikasso məktəb illərində özündən 5- 6 yaş böyük olanlardan belə irəlidə imiş, lakin nəyisə etməli olduğunu söyləniləndə verdiyi reaksiyalara görə tez- tez cəza alırmış. Pikasso sonralar verdiyi müsahibələrdə pis bir şagird olduğunu və tez- tez zirzəmiyə göndərildiyini deyib. Ağ divarları olan boş bir otaqda sadəcə bir oturacağın olduğunu deyən Pikasso orda vaxt keçirməyi sevdiyini, hətta sonsuza qədər orada qala biləcəyini, çünki orada fasiləsiz qara qələmlə işləyə bildiyini söyləmişdir.
 
575336_337717589621405_1504060758_n
6. Picasso’nun İlk İşi Pikasso ilk müqaviləsini ona ayda 150 frank ödəməyi qəbul edən Pere Menach adında sənət dəllalı ilə Parisdə bağlamışdır.
558632_337720869621077_1955515550_n
7. Pikasso Mona Lisa’nı Oğurladımı? Əslində, xeyr, amma 1911- ci ildə Mona Liza Luvrdan oğurlandığı zaman polis Pikassonun şair dostu Guillaume Apollinaire’ı tutur, amma Apollinaire günahkar kimi Pikassonu göstərmişdir. Nəticədə polis Pikassonu nəzarətə götürmüşdür. Hər ikisi də sonra buraxılmışdır.
———————————————————————————————————————————————-
558520_337710116288819_463108765_n
8. Kübizm: Milyonlarla Kiçik Kub 1909- cu ildə Pikasso və fransız rəssamı Georges Braque kubiz olaraq bilinən bir cərəyan yaratdılar. Əslində “bizarre cubiques”, ya da kubizm sözü ilk olaraq Fransız rəsm tənqidçisi Louis Vauxcelles tərəfindən Pikasso və Braque.un rəsmlərini adlandırmaq üçün istifadə olunmuşdur.
383550_337724709620693_88683893_n
 
9. Picasso Bir Playboy idi Məşhur bir rəssam olmaq, əlbəttə ki, Pikassoya bir çox qız dost qazandırdı, həm də olduqca çox… beləliklə, Pikassonun məlum arvadları və sevgililərinin qısa siyahısı: — Fernande Oliver (Picasso’nun ilk sevgisi, Oliver 18 yaşında ikən Pikasso 23 yaşında idi.) — Marcelle Humbert AKA Eva Gouel (Gouel 27 yaşında ikən Pikasso 31 yaşında idi.) — Gaby Lespinasse (Gaby’nin yaşı məlum deyil, lakin olduqca gənc idi, Picasso 34 yaşında idi.) — Olga Khokhlova (Picasso’nun ilk arvadı; Khokhlova 26 yaşında idi, Pikasso isə ilk dəfə tanış olanda 36 yaşında idi.) — Marie-Thérése Walter (Walter 21 yaşında ikən Pikasso 55 yaşında idi) — Dora Maar (Maar 29 yaşında ikən Pikasso 61 yaşında idi) — Françoise Laporte (Picasso’nun son sevgilərindən. Laporte təxminən 20 yaşlarında idi ve Pikassonun Fransız modellərindən biri idi; münasibətləri başlayanda Pikassonun 70 yaşı var idi.) — Jacqueline Roque (Picasso’nun ikinci arvadı. Roque 27 yaşında ikən Pikasso79 yaşında idi.)
34705_337710966288734_1743876207_n
 
10. Pikassonun Maşını Etiraf edək ki, həqiqətdə bu maşın Pikassonun maşını olmamışdır. Dorset İngiltərə’də yaşayan 44 yaşında təcrübəli bir usta olan Andy Saunders, köhnə Citroen 2CV markalı maşının Pablo Pikassodan təsirlənərək kubist bir işə çevirmək üçün 6 ay vaxt sərf edib. Saunders maşınına “Picasso’nun Citroen’i” adını vermişdir. Citroen hələ də Picasso adı ilə maşın istehsal edir. Pikassodan təsirlənərək dizayn edilmiş bu nəqliyyat vasitələri dünyanın bir çox yerində satılmaqdadır və istifadə olunur.
Tərcümə edən: Könül Təhməzova

Davamı →

Frida Kahlo

Frida Kahlo1907 ci ildə Meksikada mavi evdə bir qız uşağı doğulacaqdı, amma mavi rəngin fərahlığından onun həyatına çox az şey düşəcəkdi. Meksika inqilabı dövründə doğulan və həyatı boyunca yaşadıqlarını ömrünün inqilabı edəcək qədər ehtiraslı olan bu qız, adı dünya miqyasında eşidiləcək, xüsusi ilə də ölkəsi Meksikanın seçilmiş adları arasına çəkiləcək rəssam Frida Kalo idi. Sosialist və feminist olan Frida Kalonun həm yaşayışına, həm də sənətinə eşq və kədərin təsir etdiyini deyə bilərik. Rəsmlərində həyatının kədərli bir hekayə olduğunu, göstərməyə çalışırdı.
Frida 6 iyul 1907-ci ildə dünyaya gəlib. O, macar yəhudisi Vilhem Kalo və qızıldərili əsilli Matilda Calderonun üçüncü uşağı idi. Həm içinə qapanmış, həm də hərəkətli bir uşaqlıq keçirmişdi. Həyatının uğursuzluqlarından biri olan “fiziki ağrı” onu hələ uşaqlıq illərində yaxalamıdşı.
Altı yaşı olanda uşaq iflici keçirir. Məhəllə uşaqlarının sağ ayağındakı fərqə görə “taxta ayaq” deyə çağırdıqları Frida, o biri qardaşlarına nisbətən atasından xüsusi diqqət görürdü. Fridanın uşaqlıqda kobud bir halı vardı.
Davamı →

Van Qoq: dahi və dəli rəssam

Van Qoq qulağını özü kəsib? Bu ağılabatmaz qənaət illərdir ki, hamı tərəfindən yekdilliklə qəbul edilməkdədir. Almaniyalı araşdırıcılar isə tamamilə başqa bir nəticəyə gəldiklərini, Van Qoqun qulağının başqa bir əlin «güdazına» getdiyini bu yaxınlarda elan etmişlər. Yaxşı, onda 1888-ci ilin 24 dekabrında doğrudan da bəs nə baş vermişdi? Fransanın kiçik Art şəhərində Van Qoqun «qulağını kəsmək» fikrinə kim düşübmüş?
Və onun qulağına «müştəri» çıxmışdı? Bu haqda mübahisələr yüz ildən çoxdur ki, səngimək bilmir. Əslində isə bu «tarixi hadisənin» özünün giriş hissəsinə zəmin yaradan xüsusi tarixçəsinə fikir verməyənlər az qalar Van Qoqu bir "əzabkeş" kimi qəbul etməyi təklif edirlər.
Davamı →

İsaak Levitan

İsaak İliç Levitanı ola bilər ki, kimlərsə tanımasın, şəklini, fotosunu görəndə «eh, görəsən hansısa rus mujikidir» — desin, amma ola bilməz ki, onun sir-sifətini tanımayanlar belə haçansa, hardasa onun adını eşitməsinlər yaxud...
Hə, yaxud da onun çəkdiyi rəsm əsərlərindən hansınasa uzun-uzadı diqqətlə baxmasınlar və baxa-baxa, «ilahi, qüdrətə şükür» — ifadəsini dillərinə gətirməsinlər...
Yox, qətiyyən yox, mən bu mülahizəmlə kimlərisə utandırmaq, kimlərisə tələsik gedib Levitanın hansısa əsərinə baxmağa vadar etmək fikrində deyiləm, hərçənd bunun baş verməsinin də heç bir ziyanı yoxdu. Onun «Qızıl payız» əsərindən boylanan bir payız günündən süzülən yorğunluğun, pərişanlığın, ayrılığın kədərli üzünə baxıb, harasa tələsik çıxıb gedən və bir daha dönməyəcək sevdiyin bir adamın ayaq səslərini, xəzəllər üstündə quruyub qalan yaddaşın pıçıltısını eşidəndən sonra Levitanı unutmaqmı olar? Mən hələ onun «Payız günü. Sokolniki» (1879), «Axşam. Qızılı Ples» (1889), «Vladimirka» (1892), "Əbədi sükutda" (1894), «Mart» (1895), «Yağışdan sonra. Ples» (1889) və digər tarixlərdə yaratdığı əsərləri demirəm.
Davamı →