Karl Marksın xanımına məktubu

  • Sevgi
Ürəkdən sevdiyim;
Yenə sənə yazıram, çünki tənhayam və beynimdə daxilən sənlə danışdığım zaman sənin bunu bilə bilməməyinə yaxud da, mənə qarşılıq verə bilməməyinə dözə bilmirəm. Qısamüddətli ayrılıqlar yaxşıdır, çünki hər zaman birlikdə olduğumuz zaman hər şey ayırd edilə bilməyəcək qədər oxşarlaşmağa başlayır. Yanbayan dayandıqda qüllələr belə balacalaşsa ...da, adi və kiçik şeylər yaxından baxıldıqda nəhəngləşir. Xırda narahatlıqlar onlara səbəb olan şeylər aradan qaldırılan zaman yox ola bilərlər. Yanaşı olduqlarına görə adiləşən ehtiraslar da məsafənin sehrindən böyüyüb təbii vəziyyətlərinə dönərlər. Sevgim də belədir...

Zamanın sevgimi günəş və yağışın bitkiləri böyütdüyü kimi böyütdüyünü anlamağım üçün sənin bircə an, röyada belə olsa məndən ayrılmağın yetərlidir. Səndən ayrılan kimi sənə olan sevgim bütün gerçəkliyi ilə özünü büruzə verir: o, ruhumun bütün enerjisi ilə ürəyimin bütün xarakterini birləşdirən bir nəhəngdir.
Davamı →

Məşhurların ayrılıq məktubları

  • Sevgi

ayrılıq məktubuHər eşq əbədi davam edəcək deyə bir qayda yoxdur. Təəssüf ki, ayrılıq qaçılmazdır. Ancaq yollar ayrılarkən bunu da doğru düzgün edə bilmək özü yaxşı bir örnək ola bilər. Sevdiyimiz yazıçıların ayrılıq məktubları bəlkə kiməsə yol göstərər bir az, heç olmasa birlikdə keçən gözəl günlərin xətrinə ya da bir-birini incitməmək üçün.

Simona de Bovuarın Nelson Alqrenə məktubu. 1950
Simona de Bovuar Alqrenlə 1947-ci ildə Çikaqoda tanış olublar. Bu cütlük bir neçə il münasibətlərini uzaqdan uzağa davam etdirdilər. Ancaq Alqren üçün məsafə böyük bir problem olmuşdu. De Bovuarı daha çox görmək istəyirdi. Simona de Bovuar bu məktubu sevgilisini görmək üçün Parisdə gedib qayıdandan sonra yazmışdı.


Ardı →