İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir.
Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.
Davamı →

Yeni başlayanlara fitness

Öz fiquralarını düzəltmək istəyən xanımlar idmanla məşğul olarkən bəzən səhvlər buraxırlar. Yeni başlayan xanımlara isə bu səhvlərdən qaçmaq üçün məsləhətlərimiz:
1. Məğrur tənhalıq. Paradoksal səslənsə də, trenajor zalına rəfiqəsiz, tək gedin. Kompaniyon sizə yalnız özünüzdə idman muhitini yeni mənimsəyəndə lazım olur. Çox zaman rəfiqə söhbətlə baş qatır, tapşırıqları yerinə yetirməyə mane olur. Qadınlar hər zaman müzakirə edəcək mövzu tapırlar. Hətta mövzu o qədər maraqlı olur ki, zala nəyə görə gəldiklərini unudurlar.
2. Lazımi psixoloji həvəs. Zala girmək üçün yaxşı həvəs olmalıdır. Unutmayın ki, siz xarici görüşünüzü dəyişə və özünüzü  qiymətləndirməni yüksəldə biləcək yeni həyata başlayırsınız. Bütün xırda detalları nəzərə alın. Məsələn, siz forma alarkən eləsini seçin ki, onda özünüzü rahat hiss edəsiniz. Həmçinin zal da mühüm rol oynayır, bunu siz bir neçə məşğəleədən sonra özünüzü necə hiss edəndə biləcəksiniz.
3. Əzmkarlıq. Bəzi xanımlar bir neçə aylıq məşqdən sonra fiqurasında dəyişiklik hiss etmədiyindən məşqləri atırlar. Nəzərə çarpacaq nəticələri əldə etmək üçün xarakterin döyüşçü keyfiyyətini göstərmək lazımdır. Utancaqlığa və hər bir şeyə şəkk etmeyə qarşı bu xüsusiyyət olmalıdır.
4. Məqsədi təyin etmə. Fitnes kluba getməyi qərara almamış yaxşı olardı ki, düşünəsiz, siz nə istəyirsiniz. Qarşıya qoyduğunuz məqsəddən asılı olaraq siz aerobikanı, trenajor zalını, hovuzu və s. seçə bilərsiniz. Əgər hədəfiniz fiquranı yaxşılaşdırmaq və gücünüzü artırmaqdırsa, onda idman zalına xoş gəlmişiniz. Güc trenajorunu seçən bəzi qadınlar onlarla heç də məşğul olmur.
Ardı →