İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir.
Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.
Davamı →

İdman zalında məşq edənlər bunları bilməlidir

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir. Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.

Sirr deyil ki, müasir dövrün problemlərindən olan artıq çəki ilə daha çox qadınlar mübarizə aparır. Məşqçi Orxan Məmmədovun artıq çəkidən azad olmaq üçün məşq zallarına üz tutan xanımlara bəzi məsləhətlərverir. O. Məmmədov etiraf edir, təkcə idman artıq çəki ilə mübarizədə gücsüzdür.
Davamı →

Sağlam bədən üçün fiziki hərəkətlər

Əlbəttə ki, gözəl bədən quruluşuna sahib olmaq üçün əzələləri mütəmadi olaraq məşq etdirmək lazımdır. Onlar möhkəm olduqda bədən quruluşu da gözəl olur. Fiziki aktivlik müntəzəm şəkildə olmalıdır. Bunun üçün üzgüçülüyə, trenajor və ya fitnes zalına getmək, hər gün piyada gəzmək, qaçmaq lazımdır. Bir çox qadınların fitnes və aerobika qruplarında məşğul olmaq üçün imkanları və vaxtları olmur. Ancaq onlar bunu evdə etməklə də uyğun nəticəni ala bilərlər.Bu hərəkətlər kompleksi bütün əsas əzələ qruplarının işlədilməsi üçün tərtib edilmişdir. Onu müntəzəm olaraq, heç olmasa həftədə 3 dəfə olmaqla, 40-60 dəqiqə ərzində yerinə yetirmək lazımdır. Hərəkətləri düzgün yerinə yetirin, bu halda bir müddətdən sonra bədən quruluşunuzun nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını hiss edəcəksiniz. Hərəkətləri etməmişdən ən azı yarım saat əvvəl 0,5 stəkan qaynadılmış su için, bu, orqanizmi susuzluqdan qoruyacaqdır. Yeməyi isə məşqdən ən azı bir saat əvvəl yeyin.


Ardı →

Əzələni məşq etdirmək diabetdən xilas edir

Danimarka və ABŞ tibb mütəxəssisləri hesab edir ki,əzələnin güc tətbiqi altında məşq etdirilməsi 2-ci tip şəkərli diabet riskini 3 dəfəyə qədər aşağı salır.Güc tətbiqinin aerobika ilə birgə tətbiqi xəstələnmə ehtimalını 60%-ə qədər azaldır.Mütəxəssislər 18 il ərzində 32 min nəfəri müşahidə altında saxlamışlar.
Ardı →