Sözün həqiqi və məcazi mənası
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: «qələm» sözünün leksik mənası «yazı alətidir». Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:azadlıq -müstəqillik — sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.