Amosov pastası


Akademik Amosovun tərtib etdiyi və əməliyyat etdiyi xəstələrinə verdiyi bu pasta orqanizmin xəstəlik və əməliyyatlardan sonra tez özünə gəlməsi üçün effektivdir. Bu pastanı hər kəs qəbul edə bilər, faydası hədsiz çoxdur. 

500 qr kişmiş, 500 qr qaysı qurusu, qara gavalı, əncir qurusu, qoz ləpəsi və 1 ədəd limon. Hamısı ətçəkəndən keçirilir. Bura 500 qr təmiz bal qatılıb qarışdırılır, bankaya yığılır. Bol vitamin və mikroelement mənbəyi olan bu məcundan gündə 1 xörək qaşığı qəbul edin.
Davamı →

Faydalı qarışım

Həkim-naturopatlar sübut edir ki, bir çox qida məhsulları orqanizmə əsl təbii dərmanlar kimi təsir edir. Belə məhsulların köməyi ilə orqanizmi sağlam və cavan saxlamaq, qocalma proseslərini ləngitək mümkündür.

Rusiyalı həkim-naturopat Mariya Lozovskaya bu qarışımı «cavanlıq iksiri» kimi qiymətləndirir. Naturopatın fikrinə görə, iksiri içdikdən bir müddət sonra dəri təmizlənir və cavanlaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, damarlar xolesterindən təmizlənir.
Davamı →

100 dərdin dərmanı məcun

Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.

Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:
— damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır
— xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır
— immun sistemini möhkəmləndirir
— orqanizmdə iltihabı azaldır
— orqanizmə virus və mikrob əleyhinə təsir edir
— dərinin və saçların vəziyyətini yaxşılaşdırır
— qurdqovucu təsir edir
Davamı →

Amosov pastası

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Bu qida sağlam insanlar üçün də faydalıdır. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdim edirik:

Lazım olan məhsullar:
— kişmiş — 500 qr
— ərik qurusu — 500 qr
— əncir qurusu — 500 qr
— çəyirdəksiz qara gavalı — 500 qr
— qoz — 500 qr
— qabıqlı limon — 1 ədəd

Hazırlanması:
Məhsulların hamısı mətbəx kombaynında xırdalanır və ya ətçəkən maşından keçirilir. Sonra 500 qr bal əlavə olunur və hamısı birlikdə qarışdırılır. Alınan qarışım bankalara doldurulur və gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir. Nuş olsun!
Davamı →