Mədəniyyətlərarası dialoq bəşərin yaşamı üçün şansdır

Mədəniyyətlər daima bir-birinə təsir göstərir. Onların təbiəti belədir. Çünki əlaqə olmasa, nə varlığını qoruyub saxlayar, nə də inkişaf edərlər. Zaman-zaman mövcud olan yaradıcı qüvvələr qapalı inkişafın nə qədər məhdud olduğunu biliblər. Axı incəsənət daima başqaları ilə qaynayıb-qarışmalı, yeni axınlardan qidalanmalıdır. Beləliklə, onlar bəşərin yaratdığı mədəni irsin zənginliyindən istifadə edərək qurub-yaratmışlar. Fərqli bədii formaların üzvü birləşmə yolu bir qayda olaraq böyük proseslərdən keçir. Bütün bunlardan əlavə, həqiqi yüksək sənət ruhi-mənəvi dəyərlər yaradaraq insanların ünsiyyət qurmağına, birləşməyinə xidmət edir. Bu, sənət adamının missiyasıdır.

Amma bu gün mən mədəniyyətlərarası dialoq haqqında kulturoloji nöqteyi-nəzərdən danışmaq istəməzdim. Praktiki olaraq demək lazımdır ki, artıq başlamış növbəti dünya müharibəsi ilə üz-üzə durduğumuz üçün biz bu fəlakəti dəf etməyin yolları haqqında düşünməliyik. Hesab edirəm ki, baş verənlərin əsas səbəbi həm insanların bir-birini sonadək anlamamağında, həm də kütləvi informasiya vasitələri tərəfindən öz yerini möhkəmləndirən stereotiplərdədir. Bu təbliğat tilovuna düşmək çox asandır. Belə ki, hər hansı bir biliyi olmayan avam qəzetdə oxuduğuna, televiziyada gördüyünə tam inanır. Beləcə, kütləvi şüur ilə manupulyasiya edilir.
Davamı →