Sevgi fədakarlıq istər

  • Sevgi

Zaur və Zərifə adında 2 gənc var imiş. Qız çox gözəl, oğlan da çox yaraşıqlı imiş… Onlar bir-birini sevmiş və evlənməyə qərar vermişlər. Hər ikisinin də ailəsi bu yekdilliklə razı imiş. Bir neçə müddətdən sonra Zaur ailəsi ilə Zərifəni istəməyə getmişlər. Nişan üzükləri taxılmış və toy günü də dəqiqləşdirilmişdir. Günlərin birində Zaur Zərifəyə zəng edir və deyir..«Həyatım neynirsən? — Heç yemək bişirirəm, yemək yeyəcəm. Onda yeməyini qurtarandan sonra hazırlaş 2 bilet almışam seni kinoya aparacam. Baş üstə, eşqim… zəng edərəm» deyib, dəstəyi asıb, yemək hazırlamağa davam etmiş. Elə bu vaxt mətbəxdəki qaz balonu partlamış..və bu Zərifənin bütün bədənini dəlik-deşik etmişdir…


Ardı →

Son dialoq

  • Sevgi
Bir gün qızla oğlan motosikldə 160km/s sürətlə gedirdi. Bu sürət qızı çox qorxutmuşdu. Oğlandan motosikli yavaş sürməsini istəyirdi.
Qız: Yavaş sür, qorxuram...
Oğlan: Yox, belə daha maraqlıdı.
Qız: Mən çox qorxuram, yavaş sür dedim.
Oğlan: Yaxşı, onda mənə sevdiyini de!
Qız: Səni sevirəm… Çox sevirəm… Yavaş sür, indi!
Oğlan: İndi məni bərk-bərk qucaqla...
Qız oğlanı bərk-bərk qucaqladı...
Oğlan: Başımdakı dəmir papağı çıxart, öz başına keçirt, məni narahat edir. Mən də sürəti azaldıram, sevgilim.

Sabahısı gün TV kanalların birində xəbər yayımlandı ki, motosiklin əyləci(tormoz) xarab olduğundan oğlan idarəni itirib və qəzada oğlan vəfat edib. Qızın dəmir papağı olduğundan onu xilas etmək, həyata qaytarmaq mümkün olub. Oğlan qəzanın baş verəcəyini bilib, artıq bilirdi ki, motosikldə idarəni itirib… Ona görə də sevgilisindən 3 şeyi xahiş edib:
-Məni sevdiyini söylə...
-Məni bərk-bərk qucaqla...
-Dəmir papağı öz başına keçirt, məni narahat edir....
Davamı →

Peşmançılıq

  • Sevgi
Mobil telefon zəng çaldı.Oğlan telefonun ekranına baxdı.Bu onun nömrəsi idi.Özünü ələ alaraq o telefonu açıb cavab verdi:
— Allo.
Cavab verən olmadı. Amma telefondan gələn səsdən o başa düşdü ki, qız yüksək sürətlə maşınla gedir. Qəflətən sakitliyi qızın səsi pozdu:
— Salam.
— Salam. Amma mənə elə gəlir ki, sənə bu nömrəyə daha zəng etməməyi tapşırmışdım — oğlan könülsüz halda cavab verdi.
— Bilirəm, yadımdadır. Sadəcə zəng etdim deyim ki ,səni çox sevirəm… Və sənsiz mənə heç nə lazım deyil. İstəyirdim, bunları biləsən. Amma artıq bunların nə mənası var ki… onun səsi birdən kəsildi və oğlan başa düşdü ki, qız ağlayır.
Ardı →

Ən ağlamalı sevgi nağılı

  • Sevgi

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:

'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik…


Ardı →

Eşq hekayəsi

Hər sabah olduğu kimi yenə də həmin qadın ağ rəngli əsası ilə ayaq qoyduğu yerləri yoxlayaraq, ehtiyatla avtobusa mindi.
Sürücü «Soldan 3-cü yer boşdur xanım», — deyərək, ona yer tapmaqda köməkçi olmaq istədi.
Qadın cavan və gözəl bir xanım idi. Həyat yoldaşısa Hərbi Hava Qüvvələrinin zabiti idi. Bir neçə ay bundan qabaq səhv bir diaqnoz nəticəsində həyata keçirilən əməliyyatda bu gənc qadın görmə qabiliyyətini tamamilə itirmişdi. Əməliyatdan sonra acı xəbəri eşidən əri isə çox məyus olmuşdu. Amma həmin anda belə özünü toplayaraq soz vermişdi..- arvadını əsla tək qoymayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində durana qədər ona cəsarət verəcəkdir. 
Beləcə günlər bir-birini əvəz edir, qadın isə hər keçən gün özünü daha da pis hiss edir, çox sevdiyi həyat yoldaşına yük olduğunu düşünürdü. Arvadının bu sıxıntılı, özünəqapalı vəziyyəti əri kədərləndirirdi. Tez bir zamanda bir çarə tapmalı idi. Yoxsa həyat yoldaşı getdikcə özünə qapılaraq dünyasından yox olacaqdı.
Ardı →

Real hadisələr üzərində qurulub

  • Sevgi
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc… Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
slində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün…
Ardı →