Məişət zorakılığı

Adətən həyatda bir mənəvi dəyər formasında mövcud olan nəsnələr var, bir də həyatımız boyu adətkərdəliyimizdən artıq norma kimi qəbul etdiyimiz hallar. Ailə-məişət zəminində qadınlara qarşı törədilən zorakılıq şəksiz 2-cilər sırasındadır. Çünki bu eybəcərliyi heç bir dəyərlə əlaqələndirmək olmaz. Hətta qadın hansısa formada səhvə yol veribsə, ailə ənənələrinə zidd olan hərəkət edibsə belə, zorakılıq yolverilməzdir. İlk dəfə bu haqda yazım hələ qəzetdə işlədiyim zaman — 1995-cı ildə çıxıb. O zaman xatırlayıram ki, materialın ruhu da olduqca pessimist notlara köklənmişdi.
Ardı →