Göz aydınlığı

May ayının 25-i idi. Ülvi bir azdan 9-cu sinfi qurtaracaqdı. Amma hələ qabaqda buraxılış imtahanları var idi. Ülvini rahat buraxmayan imtahanlar deyil, başqa şey idi...
Sinif yoldaşları hər il olduğu kimi bu il də imtahanlardan sonra yaşadıqları kənddə gəzintiyə çıxmağa qərara almışdılar. Sinif nümayəndəsi bütün şagirdlərə, o cümlədən Ülviyə də 10 manat pul gətirməyi tapşırmışdı. Bu il də keçən illərdəki kimi" Mənə evdən icazə vermirlər" deyə bilmirdi. Çünki artıq böyük bir kişi olmuşdu. Atasının isə buna imkanı yox idi…
Ardı →

Məktəb illəri

Insan çox vaxt bir şeyi itirdikdə onun qədrini bilir..Eləcə də məktəb illərinin.Ən gözəl,eyni zamanda səmimi bir kədərlə doludur son zəng. Bir tərəfdən məktəb artıq bezdirib, digər tərəfdən hələ də ondan ayrılmaq çətin gəlir sənə. Böyük,müstəqil həyatın cətin yoluna qədəm qoyulur. Bu maneəni hər kəs adlayır,amma baxır necə.

“Son zəng”i əksər MDB ölkələrinin məzunları qeyd edir. Ancaq bizdən fərqli olaraq, onlarda bu gün fərqli şəkildə — “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” adı Azərbaycanda, Türkiyədə və Rusiyada işlənir.Əvvəllər son dərs günü — mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər.


Ardı →