Bilirdinizmi?

Bəzi maraqlı faktlar var ki, bir çoxlarımızın onlar haqqında məlumatı yoxdur.

1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.

2. Helikoprin adlı köpək balığının 270 milyon öncə yaşadığı düşünülür. Onu qəribə edən özəlliyi isə mişar dişli dairəvi çənəsi olub.

3. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.

5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.


Davamı →

Ölkələr haqqında maraqlı 20 məlumat

 

Ölkələr haqqında maraqlı məlumatlar və faktlar

 

1. Səhralar ölkəsi — Liviya

 

Ölkə ərazisinin 99%-i səhra ilə örtülü olan Liviya dünyanın ən quraq yerlərindən biridir, belə ki, ölkənin bəzi bölgələrində onilliklər ərzində bir damcı belə yağış düşmür.

 

2.Qu quşlarıını mülkə çevirən ölkə -İngiltərə

İngiltərədəki bütün qu quşları kraliçanın mülküdür.

 

3.Şərablar ölkəsi -  Moldova

 Ginnesin Rekordlar kitabına görə, dünyanın ən böyük şərab kolleksiyası Moldovadadır. İçində  1 milyondan çox butulka var.


Davamı →

Niyə internetdəki 90% informasiya yalandır?

Həmişə düzgün və rassional düşünməyi vacib sayan adamlar bu sualı özlərinə və bəzən bloq yazarlarına verirlər. Və bu sual internet istifadəçisi olan ilk gün verilməlidir. Çünki müxtəlif tematikalı saytlar, sosial şəbəkələrdəki səhifələr məhz öz mövzularında qalırlar. – bununda müxtəlif səbəbləri var ki, biz burada araşdırmayacağıq.

90% deyərkən “dərin” (deep) vebi nəzərdə tutmuram. Nəzərə alsaq ki, bu hissə ümumi İnternetin 95-98%-ni təşkil edir, sörfinq zamanı geniş görünən amma, həqiqətdə isə xeyli kiçik bir hissəsi sayılan vebdən məqaləmizdə söhbət açılacaq.
Davamı →

Dünyanın 10 ən qeyri-adi binaları

 

1. Rəqs edən ev (Praqa, Çexiya)

Bu ofis binası 1990-cı illərin ortalarında tikilib və o vaxtdan Çexiya paytaxtının ən populyar binası sayılır. Dekonstruktivizm üslubunda olan kompleks memarlar Vlado Miluniç və Frenk Qeri tərəfindən icad edilib. Ev sanki rəqs edən cütlüyü əks etdirən iki silindrik qüllədən ibarətdir. Hollivud ulduzları Cincer Rocers və Fred Aster ən məşhur xoreoqrafik duet sayıldığına görə, bina zarafatsayağı “Cincer və Fred” adı alıb. Bu dinamik və cəsarətli tikili elə görünür ki, guya az qala indi rəqs etməyə başlayacaq. 

 


Ardı →

Təəccüblənəcəyiniz 25 məlumat

1.Bir kişi ömür boyu saqqalını qırxmasa 9m uzunluğunda olar.

2.Delfinlər su içməz.Dəniz suyu içsələr xəstə olarlar.

3.Dünyada yaşayan insanların 11%-i solaxaydır.

4.Bayquşlar mavi rəngi görən tək quşdur.

5.Bal əsr boyu qalsa da xarab olmazlar.

6.Eşşəklərin öldürdüyü insanların sayı, təyyarə  qəzalarında ölən insanların sayından daha çoxdur.
Davamı →

Dünyada baş verən maraqlı hadisələr və faktlar

1. 2030-cu il nə qədər uzaqdadırsa, 1998-ci il də o qədər uzaqdadır.

2. Mamontların nəsli Misir piramidaları tikildikdən 1000 il sonra tükənib.

3. Kök əvvəl bənövşəyi olub.

4. “Ulduz müharibələri” filmi çıxanda Fransada hələ də gilyotinlə edam cəzası mövcud idi.

5. İnanmaq çətindir, amma ABŞ-da kitabxanalar MakDonalds restoranlarından daha çoxdur.

6. Bananla insan DNT-sinin 50 faizi üst-üstə düşür.


Ardı →

Tarixdə baş vermiş ən böyük dəniz qəzaları

Wilhelm Gustloff (1945)

Dünya tarixində ən çox can itkisinə səbəb olan dəniz qəzası, 30 Yanvar 1945-ci ildə baş verdi. Şərqi Prussiyanın Gotenhafen limanından yola çıxan Alman sərnişin gəmisi «Wilhelm Gustloff,» II Dünya Müharibəsinin sonunda Almaniyadan Sovetlər Birliyinə keçən Şərqi Prussiyadan qaçan minlərlə adamı daşıyırdı. 1937-ci ildə lüks bir sərnişin gəmisi olaraq inşa edilən 25,500 gros tonluq Wilhelm Gustloff, əslində 2 min sərnişin tutumuna sahib idi. Rəsmi qeydlərdə gəmidəki sərnişin sayı 6 min 50 olaraq göstərilməsinə baxmayaraq qəza zamanı gəmidə 9 mindən çox adamın olduğu düşünülür. Sovetlər Birliyinə aid S-13 sualtı tərəfindən atılan üç torpedanın dəydiyi gəmi, yalnız 50 dəqiqə ərzində Baltik dənizinin qaranlıq və buz kimi sularında boğuldu. 903 adamın xilas olmağı bacardığı qəzada rəsmi ölü sayı 5 min 348 olaraq açıqlandı. Ancaq tarixin ən qanlı qəzasında təxminən 8 min adamın öldüyü düşünülür.


Ardı →

Sirli tapıntılar

1.  Sementsiz hörgülər Perudakı inklərə aid bir qalanın ətrafında hündürlüyü 9 metr, uzunluğu isə 360 metr olan ziqzaqşəkilli daş hasar hər biri 300 ton ağırlığında əhəng daşı bloklarından inşa edilmişdir. Anaq heç bir sement və ya əhəngli qatışıqdan istifadə edilməməsinə baxmayaraq, bu daşların arasına bıçaq belə soxmaq olmur.

2.  Antik dövrün kompyuteri 1900-cü ildə Giritdə taxta qutu içərisində yerləşdirilmiş çoxdişli qəribə bürünc alət tapılıb. Bu alət vasitəsilə Ay, Günəş və digər planetlərin tədqiq edildiyi güman olunur.

3.  1000 ilə qurulan şəhər Sakit okeandakı Mikroneziya adası yaxınlığındakı antik Nan Madol şəhərinin inşasına eramızdan əvvəl 200-cü ildə başlanıb və tikintisi min il sürüb. 250 milyon tonluq nəhəng bazalt bloklarından istifadə edərək tikilən bu şəhər 100 adanı kanallarlae bir-birinə bağlayır. Bazaltların buraya necə gətirildiyi isə hələ də sirr olaraq qalır.


Ardı →

Maraqlı faktlar-3

1. Gəmiricilərin dişləri daima böyüyür.
2. Timsahın dili damağına birləşik olur.
3. Siçovul susuz dəvədən daha dözümlüdür.
4. Kenquri quyruğu yerə dəymədən tullana bilmir.
5. Bayquşların qrupu, toplusu parlament adlandırılır.
6. Köstəbək bir gecədə 250 addımlıq bir tuneli qaza bilir.
7. Bir erkək kəpənək bir dişi kəpənəyi 7 mil məsafədən hiss edir, qoxusunu duyur.


Davamı →