Məntiqi tez yoxlamaq üçün suallar


Aşağıdakı sualları 1 dəqiqə icərisində cavablamağa çalışın… hər suala bir dəfə baxmağa çalışın və cavablarinizi bir vərəqə qeyd edin…

1. Bəzi aylar 30 gün olur, bəziləri 31 gun, neçə ayda 28 gün var?

2. Həkiminiz sizə 3 ədəd dərman verir və bunlari yarim saat araliqla atmanizi məsləhət gorur, dərmanlarin hamisini bitirməniz ucun sizə nə qədər vaxt lazimdır?

3. Gəcə saat 8-də yatiram köhnə saatımı səhər saat 9 da çalması üçün qurmuşam ..neçə saat yatacam?
Davamı →

Eynşteynin məsələsi

Albert Eynşteynin dediyinə görə, bu məsələni dünya əhalisinin yalnız 2%-i həll edə bilər. Deyilənə görə, özünə assistent yaxud aspirant götürmək istəyənlərə Eynşteyn bu sualı verirmiş. Özü də deyirmiş ki,bunu şifahi həll etmək lazımdır. Azərbaycanda bunu şifahi edə biləcək adamın olmasına düzü inanmaq çətindir:)
Bu tapmacanın Life İnternational jurnalında 1962-ci ildə nəşr olunmuş variantı daha məşhurdur. Müxtəlif versiyalarda məsələdə adı çəkilən siqaretlər, içkilər, xalqların adı və s. dəyişir.
Aşağıdakı məsələ ilə siz də tanış olun, onu qələm-dəftərlə həll etməyə çalışın.


Ardı →

məntiq

Famil hər ad günündə banka 1000 manat pul qoyur. Toy günündə  Famil bankdan pulu götürəndə isə orada cəmi 5000 manat pul  vardı. Sualım belədir: Familin neçə yaşı var?
Davamı →

Canavar, keçi və kələm...

Bir kişinin bir keçisi, bir canavarı və bir kələmi vardı. Kişi kiçik bir qayıqda çayı keçməli və bunları özləri ilə bir-bir keçirməli idi. Əgər kişi birinci canavarı keçirsə, quzu kələmi yeyəcək.Əgər birinci keçini keçirib soonra canavarı keçirsə, kələmi götürməyə gələndə canavar keçini yeyəcək.Bu halda necə etməli?
Davamı →

Məntiq tələb edən sual

məntiq və diqqət tələb edən sualGünlərin bir günü varlı bir evin xidmətçisi polisə gələrək sahibinin öldürüldüyünü deyir…
Dedektiv ondan hadisənin necə baş verdiyini soruşur. O isə hadisəni belə təsvir edir…
— Sahibim işdən evə gəldikdən sonra 2-ci mərtəbəyə öz otağına qalxdı… Bir az keçdikdən sonra mən yuxarıdan atəş səsi eşitdim. Qalxıb otağına girmək istədim lakın otağın qapısı içəridən bağlı idi. Məcbur olub çölə çıxdım və aşağıdan daşla otağın pəncərəsini sındırdım və nərdivanla qalxıb otaqa girdim. Sahibimi otaqda masanın üzərində ölmüş vəziyyətdə gördüm və əlində silah qalmışdı. Masanın üzərində bir də kitab var idi. Kitabın 7 — 8 ci səhifələri arasında bir məktub tapdım. Məktubda «Mənim ölümümdən heç kim günahkar deyil» yazılmışdı. Başqa heç nəyə əl vurmadım. Otaqdan çıxarkən ayağım daşa ilişdi və əlimlə vazaya toxundum düşdü sındı. Oradan da çölə çıxıb bir başa bura gəldim…
Dedektiv onun danışdıqlarının arasında kiçik bir məntiqi səhv tutdu… Və o səhvin sayəsində qatilin elə xidmətçi olduğunu sübut elədi... 

Xidmətçinin ifadəsindəki məntiqi səhv nə idi?
Davamı →