Məqsəd auditoriyasını müəyyən etmək üçün 10 sual

Məqsəd auditoriyasını başa düşmək birbaşa müştərilərin diqqətini cəlb edəcək ismarıcın hazırlanmasına, bu ismarıcın onların istifadə etdiyi mətbuatla və onların danışdığı dildə çatdırılmasına imkan verir. 

Ən yaxşı başlanğıc məqsəd auditoriyasında profil yaratmaqdır.   

Müştərini məhsul və xidmət -hədəf bazarı- üçün  bünövrə hesab edin.  Ümumi demoqrafik, psixoqrafik və coğrafik məxsusiyyətləri nədir?  Bu informasiyaları profili tərtib edəndə istifadə edin.


Ardı →

Məqsəd auditoriyasının təhlili

Bazarın hərtərəfli şəkildə təhlil edilməsi hər hansı məhsulun müvəffəqiyyətinin başlıca şərtlərindən biridir. Məqsəd auditoriyasını başa düşmək və onlarla əlaqə yaratmağın yollarını bilmək olduqca mühümdür və bunu bir neçə mərhələdə icra etmək olar.

Məqsəd auditoriyasını tanımaq nə üçün vacibdir?
Məqsəd auditoriyasının təhlili hər hansı məhsul və ya xidmət bazarı haqqında tam təfsilatlı məlumatların toplanması üsuludur. Məhsulu bazara buraxmadan, hər hansı kitabı yazmadan, film çəkmədən və ya auditoriyaya təqdim edilməsi nəzərdə tutulan hər hansı digər işə başlamadan əvvəl hədəf qrupu təhlili həyata keçirilməlidir.

Bu, bazarın ehtiyaclarına ən yaxşı şəkildə cavab verməyə, eləcə də məhsulu onlara çatdırmanın ən effektiv üsullarını müəyyən etməyə imkan verir. Əgər məhsulu hazırlamadan əvvəl müvafiq təhlil həyata keçirilməzsə, ideya və ya məhsulun nəzərdə tutulmuş auditoriyaya çatdırılması mümkün deyildir.


Ardı →

Məqsəd auditoriyası kimlərdən ibarətdir?

Reklamla bağlı yazılarda həmişə məqsəd auditoriyası, məqsəd auditoriyasının təyin olunması, doğru seçilməsi, məqsəd auditoriyasının ehtiyacları və buna bənzər ifadələrə rast gəlirik. Yaxşı, kimdir bu məqsəd auditoriyası? Kimlərdən ibarətdir? Firma, məhsul və markayla necə bir əlaqəsi vardır?

Əvvəlcə, məhsul və ya xidmətin müştərisi məqsəd auditoriyasıdırmı? Bəli, məqsəd auditoriyasını meydana gətirən qruplardan biri məhsul və ya xidmətin müştəriləridir. Bundan əlavə, firmanın istehsal etməsi üçün onu xammal ilə təmin edən qruplar, təşkilatlar və s. bu mənada xidmət edənlər də məqsəd auditoriyasının tərkibində yer alır.

Firma, sərbəst bazar iqtisadiyyatında özünü izah edərkən və ya fəaliyyətlərini davam etdirərkən, rəqiblərinə də müxtəlif mesajlar verir. Rəqib olsalar da, onlarla da rəqabət mənasında bir əlaqəsi vardır. Elə isə rəqiblər də hədəf qrupunun içindədir.

Firma bazarda istehsalını və marketinq fəaliyyətlərini davam etdirərkən, Bazar payını artırma cəhdlərində, sərmayədar və kredit provayderlərinə də ehtiyac duyur. Onlarla əlaqələr qurur və bunların müsbət olaraq davamını istəyir.Öz fəaliyyətlərini davam etdirərkən, bunlara da mesajlar çatdırmağa və onların etibarını qazanmağa çalışır. Bunlar da hədəf kütləsidir.


Ardı →

Hədəf bazarı yoxsa məqsəd auditoriyası?

Hədəf bazarı və məqsəd auditoriyası terminləri qarşılıqlı əlaqədədir, lakin onlar bir-birini əvəz etmirlər. Müxtəlif bazar münasibətlərində firmanın hədəf bazarı eyni zamanda onun məqsəd auditoriyası ola bilər, lakin bu hər zaman mümkün deyil. Onlar arasındakı fərqi bilmək insanlara öz qurumlarında marketinq strategiyasını gücləndirmək və bazar münasibətlərini inkşaf etdirməkdə kömək ola bilər.

Hədəf bazarının əsasları 

  • Marketinq ekspertləri  Filip Kotler və Gary Armstrong hədəf bazarını  firma tərəfindən təmin olunan ümumi təlabat və ya xüsusiyyətləri paylaşan şəxslərin qruplaşması kimi xarakterizə etmişdir. Bu şəxslər, əsasən, məhsulun istifadəçiləridir.

Məqsəd auditoriyasının əsasları

  • Reklam mütəxəssisi Tom Dunkan məqsəd auditoriyasını “marka mesajına reaksiya vermək  kimi mühüm  potensialı olan qrup” kimi xarakterizə etmişdir. Burada əsas söz mesajdır; Effektiv bazar münasibətləri və mesajlar oxucu və ya izləyiciləri hədəfə alır. Bu şəxslər mesajın məqsəd auditoriyasını təşkil edir. Firma bülleteninin  hədəf kütləsi işçilər hesab oluna bilər.

Ardı →