Yüksək məhsuldar insanların vərdişləri

“Hər kəs nəyisə dəyişdirmək və ya düzəltmək barədə danışır, amma nəticə etibarı ilə edə biləcəyiniz tək şey özünüzü düzəltməkdir. Və bu artıq çox şey deməkdir. Çünki əgər özünüzü düzəldə bilsəniz, bu dalğa effekti verəcək”, – Rob Rayner.
İnanlar maşın deyillər və hər birimizi öz istəkləri var. Lakin biz əhəmiyyətli bir şey etmək, bütün imkanlarımızı göstərmək və həqiqi mahiyyətimizi kəşf etmək istrəyirik.
Əgər həyatımız qərarlardan ibarətdirsə, yüksək məhsuldar insanlar onları necə qəbul edirlər?
Davamı →

Baş rolu oynamağın vaxtıdır!

“Bütün dünya bir teatrdır.”-Bu sözləri dahi şair Şekspir yazmışdır.Baş rolda sən! İnsalar isə burada aktyor, rejissor, ssenarist və tamaşaçıdır. Amma bizlərdən heç kəs bu rolları eyni vaxtda oynamır. Kimsə yalnız tamaşaçı olaraq qalır. Hər gün eyni pyesə tamaşa edir. Hər zaman tamaşaçı rolunda olmaq çox bezdiricidir?
Elə isə tamaşa zalından çıxmağın, həyatımızda eynilikləri dəyişməyin vaxtı deyilmi? Bizlərdən hər birimiz öz həyatımızın ssenarisini yazmaq gücündəyik. Əsas odur ki, arzun və məqsədin olsun.

İnsaların öz arzusunu yerinə yetirməsi üçün 2 əsas şey tələb olunur; bu arzunu yerinə yetirmək üçün həvəs və güc. Hətta siz həyatınızda sabitliyə çox öyrəşmisinizsə, nə vaxtsa sizin belə bir arzunuz olacaq ki, bu sabitliyi dəyişəsiniz.
Ardı →

Bəs siz məqsədinizə çatmaq üçün nə edərdiniz?

Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir:
— Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.

Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur:
-Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?

Birinci şagird cavab verdi:
— Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.
Ardı →