Bəs sabah?

İndi xeyirxah olmağa çalışırsan, çünki ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə incitmək istəmirsən. İstəyirsən səxavətini bir az da artırasan, ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda ayağa qalxıb nəzakətlə yer verirsən onlara. Qarşılığında: “Allah köməyin olsun!” duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında açılan əli boş qaytarmaq istəmirsən. Əvəzində yenə: “Allah səni darda qoymasın, Ramazan Sahibi yetsin dadına”, — duasını eşidirsən. Nə qədər məmnun olursan. Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik, rahatlıq hopur. “Bacardığın yaxşılığı əsirgəməmək nə gözəlmiş”,- deyə pıçıldayırsan. Başından gözəl düşüncələr keçir: “Kaş hamı xeyirxah olaydı”.

İndi Ramazan ovqatındasan. Çox səxavətli, mərhəmətli olmusan. Bəs sabah necə, kimsəsizlərə, səndən imdad umanlara qəlbində açdığın xeyirxahlıq qapısını bağlayacaqsanmı?


Davamı →

Ümid

Günahkar bir adamı mühafiz mələklər önündən və arxasından meydana çəkib, onu cəza yerinə sürükləyirdilər. O şəxs onu tutub sürükləyənlərə fikir vermədən göz yaşlarını payız yağışı kimi tökərək üzünü geriyə çevirdi. Sanki nəyəsə ümid edirdi. Birdən Allahdan mələklərə əmr gəldi:

— Ona deyin ki: " Ey fəzilətsiz insan! Qəbahətlərindən qara dəftərini görmədinmi? Daha nəyi gözləyirsən? Boş yerə dayanma! ".
O şəxs bu xəbərdarlığa belə cavab verdi:
Ardı →

225 ildir yoxsullar bu qapıya gəlirlər...

III Səlimin anası Mehrişah Validə Sultanın tikdirdiyi və öz adını verdiyi imarətxana bu gün də fəaliyyətdədir, 225 ildir ki, acları, yetimləri, imkansızları doyurmağa davam edir. Osmanlıdan miras qalan xeyriyyə müəssisələrinin çoxu tarixə qovuşub. Amma bu gün İstanbulun Eyyub səmtindəki Mehrişah Sultan imarətxanası (aş evi) bu gün də öz fəaliyyətini davam etdirməkdədir. Hər gün burada bişən yeməklər 2 mindən çox ailəyə paylanılır.
Bir vaxtlar bu coğrafiyada İslam mədəniyyətinin gözoxşayan örnəkləri diqqət çəkirdi. Sevimli Peyğəmbərimizin: “Qonşusu ac ikən, tox yatan bizdən deyil” hədisi-şərifini düstur götürən zənginlər hər məhəllədə, hər küçədə xeyriyyə müəssisələri açmış, kasıbların, yetimlərin, imkansızların, uzaq yoldan gələn müsafirlərin ehtiyaclarını təmin edərdilər. Hər məhəllənin bir çörək qapısı vardı, hələ səlcuqlu dövləti dövründə geniş yayılmış bu ənənə Osmanlı dövründə daha da inkişaf etmiş, xeyriyyə müəssisələri, vəqflər şəhərin, məhəllənin, küçənin yetimlərinə sahib çıxmışlar. Susuz suyunu, ac yeməyini tapıb bu müəssisələrdə. Misirdən Suriyaya, Konyadan İstanbuladək geniş bir coğrafiyada eyni mədəniyyət, eyni xeyirxahlıq hakim olub. Varlı öz malının zəkatını verib, sərvətini Allah yolunda xərcləyib, yoxsulun qarnı doyub, körpələrin üzü gülüb.


Ardı →