Aşpazlardan faydalı məsləhətlər

Yeməyə sarımsaq qataraq onu daha da ləzzətli etmək istəyirsiniz, ancaq qalıcı qoxu sizi narahat edir? Elə isə, yeməyi boşqaba tökməzdən öncə boşqaba sarımsaq çəkin.

Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.

Aşın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.
Davamı →

Dünya şöhrətli aşpazdan mətbəx sirləri

1. Qordon Ramsey hesab edir ki, yaşıl reyhan və nanə kimi göyərtiləri xırda-xırda doğramaq doğru deyil, bu zaman onun ləzzəti qaça bilər. Yumşaq yarpaqları bir-birinin üstünə qoyub rulon halına gətirərək doğrayın. Beləliklə, onlar taxtaya yapışmaz və yeməklərinizdən nəfis qoxular gələr.

2.
Dəyməmiş meyvələri bir ədəd bananla birlikdə kağız paketə qoyub bir bir müddət qaranlıq yerdə saxlayın. Kağızı açdığınız zaman meyvələr dəymiş vəziyyətdə olacaq.
Davamı →

Dadlı kompotun sirləri

1. Dadlı kompotun əsas sirri — meyvələrin çox olmasıdır. Bəzi ev xanımları meyvələrə qənaət edir və bu səbəbdən kompot dadsız alınır.

2. Kompotun bişirilməsi üçün 3-5 l-lik emallı qazan götürmək lazımdır. Allüminium qazanda kompot bişirmək olmaz.

3. Qazanın 1/3 hissəsini meyvə və giləmeyvələrlə doldurun. Bərk meyvələri daha kiçik, yumşaq meyvələri isə daha iri tikələrə doğrayın. Giləmeyvələr bütov istifadə olunur.
Davamı →

Yarmaları böcəklərdən necə qorumalı?

Hər bir qadın evində müxtəlif yarmalar, un, üyüdülmüş suxari, nişasta və s. bu kimi məhsulları saxlayır. Bəzən bu məhsullarda böcəklər əmələ gəlir.

Yarmaları və s. məhsulları böcəklərdən necə qorumaq olar? Sizə bunun bir neçə yolunu təqdim edirik.

1. Yarmaları qapağı kip bağlanan şüşə bankalarında saxlayın. Yarmaları isti mətbəxdə deyil, sərin yerdə (məsələn, açıq balkonda saxlayın).

2. Bankalara 1-2 dəfnə yarpağı qoyun.

3. Bankalara acı istiot qiymaq olar.

4. Bankanın dibinə bir az duz səpin, sonra yarmanı tökün.
Davamı →

Dadlı makaron üçün sirlər

Yalnız yaxşı keyfiyyətli makaron alın. Boz, ovulan makarondan heç vaxt dadlı qarnir alınmayacaq.

Bərk buğda növlərindən hazırlanmış makaronlara üstünlük verin. Bu bağlamanın üzərinə qeyd olunur.

500 qr paçka üçün 5 l su götürün. Bu çox vacibdir. Az suda bişən makaron biri-birinə və qazana yapışır.

Duzu su qaynadıqdan sonra qazana tökün, təkrar qaynamağı gözləyin, sonra qazana makaron tökün.

Makaron qaynamağa başlayana qədər onu vaxtaşırı qarışdırmaq lazımdır ki, makaronlar yapışmasın.
Davamı →

Şirniyyatlar üçün kiçik sirlər

— Tort bişirilən formanı sobadan çıxardıb soyuq suda isladılmış əsginin üstünə qoysanız, tort formadan asan çıxar.

— Yağı tez yumşaltmaq üçün onu bir qaba xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.

— Evdə bişirilən peçenye yanmışsa, soyuyandan sonra narın sürtgəclə üstünü qaşıyın və şəkər kirşanı səpin.

— Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz, o saat çıxartmaq, salfetin üstünə qoyub soyutmaq lazımdır.
Davamı →

Dadlı kotlet hazırlamaq üçün sadə qaydalar

— Farş hazırladıqda ona süddə isladılmış ağ çörək əlavə etdikdə, kotletlər yumşaq alınacaq.

— Kotlet üçün ət nə çox yağlı, nə də çox yağsız olmamalıdır.

— Ət yağsızdırsa, farşa 1 xörək qaşığı bitki yağı əlavə edin.

— Qızartdıqdan əvvəl kotletləri unlamaq lazımdır. Bu məqsədlə həmçinin üyüdülmüş suxarıdan istifadə etmək olar.
Davamı →

Dadlı bulyon üçün sirlər

— Bulyon vam odda bişirilməlidir. Bu halda o dadlı və şəffaf olacaq.
— Əti soyuq suya salın ki, bulyon dadlı alınsın. Əgər siz əti qaynayan suya salsanız, ət dadlı olacaq, bulyon isə dadsız.
— Bulyon bişirdikdə alüminium və ya paslanmayan poladdan olan qazanlardan istifadə edin. Emallı qazanlardan istifadə etməyin.
— Bulyon üçün olan su təmiz və yumşaq olmalıdır.
— Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
— Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
Davamı →

Qara ciyəri dadlı bişirmək üçün 7 qayda

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır.

1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır. Bu o deməkdir ki, öd kisəsi zədələnib və qaraciyərin dadı acı olacaq.

2. Bişirdikdən əvvəl qaraciyərdən bütün damarları kəsin və üzərində olan plyonkanı çıxardın. Plyonkanın daha asan çıxması üçün qaraciyəri qabaqcadan 2-3 dəqiqə ilıq suda saxlayın.
Davamı →

Şorba bişirərkən nələrə diqqət etməli?

şorbaƏziz xanımlar, heç düşünmüsünüz ki, ət bişirərkən suyun üzərinə yığılan kəf nədən xəbər verir? Əslində əti suda qaynadarkən yaranan köpük kütləsi zülaldır. Su qaynayarkən ətin tərkibindəki zülal və mineral duzlar əriyib, kəfə çevrilir və suya qarışır. Əgər ət bişirərkən həlimli bulyona ehtiyacınız olmayacaqsa, əti qaynar suya qoyub bişirin. Əksinə, həlimli və dadlı bulyon istəyirsinizsə, əti soyuq suya atıb, bişirin.

Suyun üzərinə yığılan köpük kütləsini tez yığmağa tələsməyin. Çünki, bu kütlənin tərkibində, bulyonunuzu daha da faydalı edəcək, qida maddələri var. Həmçinin kəfin daşmağını istəmirsinizsə, ət qaynadarkən içinə qabığı soyulmuş bütov soğan qoyun. Sonda soğanı atın. Həmçinin nəzərinizə çatdıraq ki, çox tünd rəngli kəf ətin ifraz olmuş qanıdır. Onu tez təmizləmək vacibdir.
Davamı →