Azərbaycan uşaq mətbuatı

Azərbaycan mətbuatının ən böyük qollarından biri də uşaq mətbuatıdır. Bu sahənin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların unudulmaz xidmətləri olmuşdur. Onlar bədii yaradıcılıqla yanaşı müəllimlik edir, dərslik, dərs vəsaitləri və proqramlar hazırlayır, dövri mətbuatda fəal çıxış edirdilər. Ziyalıları düşündürən vacib məsələlərdən biri də yeni üsullu məktəb, yeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması idi. Yeni üsullu məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə, zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii oçerklər geniş yer tuturdu.

Ətrafına demokratik və maarifpərvər yazıçıları toplayan, qabaqcıl meylləri və realist ideyaları təbliğ edən nəşrlərlə (“Molla Nəsrəddin”, “Zənbur”, “Babayiəmir”, “Məzəli” və s.) bərabər ilk uşaq jurnalları – ”Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” də (1911-1920) uşaq mətbuatının inkişafına geniş yol açdı.

Davamı →

1907-1917-ci illərdə mətbuat

Dövri mətbuat irtica illərinin ictimai hadisələrini bilavasitə olması da, dolayısı ilə əks etdirirdi. Aşağıda adlarını çəkəcəyimiz qəzet və məcmuələrin səhifələrində dövrün ziddiyyətləri ilə yanaşı, din, əxlaq məsələləri işıqlandırılır, dil və mədəniyyət sahəsində gedən mübarizə özünü büruzə verirdi.
Bu dövrdə Azərbaycan mətbuatı əsas etibarilə iki adamın inhisarında idi: Orucov qardaşları ilə Haşım bəy Vəzirov şəhərdə mətbuat və çap işlərini öz əllərində möhkəm saxlayırdılar. Hər ikisinin mətbəə şəraiti imkan verirdi ki, qəzetlərin vaxtlı-vaxtında  çıxmasını və yayılmasını təmin etsinlər.
Davamı →