Məzuniyyət
Son zamanlara qədər deyirdilər ki, məzuniyyətdən, istirahətdən qayıdan işçi yeni qüvvə ilə işə başlayır. Lakin müşahidələr göstərir ki, bu heç də həmişə belə olmur. Ən yaxşı hallarda belə o, əvvəlki iş qabiliyyətinə bir neçə günə qayıda bilir. Lakin təcrübəli işçilər bu müddəti azalda bilirlər. Məsələn, işdə olmadıqları zaman işdəki vəzifələrini yerinə yetirməyə davam edirlər. Məzuniyyətdən dərhal sonra insanın yeni həyat tərzinə adaptasiyası bir qədər çətin baş tutur. Ətrafdakılar fəallıq, yeni fikirlər, konkret nəticələr gözlədiyi halda, hətta az bir müddət işindən ayrılmış insan birdən-birə işə tam gücü ilə qoşula bilmir.
Ardı →