Almaniyada təhsil almış, lakin hazırda Budapeştdə işləyən Bəxtiyar Hüsiyev ilə müsahibəni Sizə təqdim edirik.
— Necə oldu ki, məhz Almaniyada təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?
Almaniyanın həm iqtisadi həm təhsil və həm də təhlükəsizlik baxımından dünyanın ən öndə gedən dövlətlərdən birində olması mənim diqqətimdən yayına bilməzdi. Almaniyadakı havanın soyuq olmasına baxmayaraq ekoloji cəhətdən çox təmiz olması mənim çox xoşuma gəldi. Əminliklə deyə bilərəm ki, Almaniya hem oxumaq həm də yaşamaq üçün ən yaxşı 5 ölkədən biridir.
— Almaniyada təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?
Almaniyadakı təhsil sistemi Azərbaycan təhsil sistemindən dəfələrlə üstündür. Almaniyada keçirilən dərslər əsasən müəllim və tələbə arasında dialoq əsasında qurulur, yəni, mövzunun yeni olmasına baxmayaraq müəllim digər dərslərə və ya praktiki misallara əsaslanaraq kecdiyi mövzunu tələbələrə tam olaraq çatdırır. Evdə sadəcə əlavə olaraq müəyyən dərəcədə dərsdə oyrəndiklərimizi genişləndirirdik. Oxuduğum müddət ərzində ən çoc xoşuma gələn məqamlardan biri alman təhsil sistemində individual yox, daha çox komanda şəklində fəaliyyətin nə qədər önəmli və faydalı olması idi. Çünki orada qrup işlərinə professorlar çox önəm verirlər və alınan qiymət imtahandan alınan qiymətə təsir edir və ümumilikdə toplam qiymət imtahan və qrup işindən aldıgın qiymətin cəmi olur. Təəssüflər olsun ki, azərbaycan təhsil sistemində qrup işi ümumiyyətlə mövcud deyi,l həmçinin də imtahanlar test üsulu ilə olduğu üçün artıq öz dəyərini itirir və təhsil sistemi əzbərçilik üzərində olur. Almaniyada isə imtahan test yox yazılı formada olur və tələbə məcburdur ki, semester ərzində keçdiklərini yeniden təkrarlasın və öz biliyini imtahanda nümayiş etdirsin. Almaniyada yataqxana şəraiti muasir standartlara cavab verən səviyyədə mövcuddur və qiymət baxımından kirayə verilən evlərdən daha ucuzdur.
Ardı →