"Neyləyim" və ya "Ala gözlüm"

Bu gün sizə təqdim edəcəyimiz mahnı “Neyləyim?” və ya bir çox mənbələrdə yanlışlıqla “Ala gözlüm” kimi məşhur olan mahnıdır.

Mahnının yaranma tarixi ilə bağlı müxtəlif versiyalar və bəzi tarixi faktlar var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəssüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan «ala gözlüm» də məhz Rəsul Rzadır.

Rəsul Rza ilə Nigar Rəfibəylinin sevgiləri, onların yaradıcılıqları kimi məşhur idi. Onların həyatını bu cür təqdim etmək olar: qeyri-adi, sürprizlərlə dolu, nağıla bənzəyən. Hətta ölümlərində belə bir-birindən ayrılmamışdılar. Nə Nigar Rəfibəyli Rəsul Rzanın ölümündən xəbər tutmuşdu, nə də Rəsul Rza həyat yoldaşının xərçənglə mübarizəsindən… Onları bir-birindən fiziki mənada 100 gün ayırır. Və bu mahnı da həmin 100 günün içində yazılır.
Davamı →

Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı

Bu gün söhbət açacağımız mahnının tarixçəsi bir az qəribə və fərqlidir. Həmin mahnının qəhrəmanları da yaşayır. Elə mahnının özü kimi...
Mahnının sözləri Fikrət Qocaya, bəstəsi Ruhəngiz Qasımovaya aiddir. Yəqin ki, bu məşhur mahnını tanıdınız. Tanımadınızsa, deyək: “Ay ana, dostum evlənir”. Romantik və eyni zamanda gülməli bir əhvalat nəticəsində dünyaya gələn mahnı… 1967-ci ildə yazılan bu mahnı təkcə Ruhəngiz xanımın arzusunu deyil, o zamankı gəncliyin də arzularının ifadəçisinə çevrilmişdi.

Davamı →

Bir mahnının tarixçəsi: "Ölkəm"

  • Musiqi
1919-cu ildə, Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən, 20 yaşlı Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazdı. O dövrdə bu mövzuya toxunmaq çox aktual idi. Amma bu poetik əsərin mahnıya çevrilməsi 10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı “Ölkəm”ə musiqi bəstələdi. Beləliklə, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana çıxdı. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərdən biri hesab olunur.
 
"Ölkəm" şeiri «Azərbaycan» qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, daha doğrusu, şeirin ikinci məşhurluq dövründə onu iki bəndi heç yerdə ifadə olunmadı. Buna səbəb həmin bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Ardı →