Qalıcı makiyaj

Qalıcı makiyaj həmişə baxımlı görünmək istəyənlər üçün ideal bir seçimdir. Duş qəbul edərkən belə silinməyən layner, dodaq konturu, nəzərəçarpan qaşlarınız olmasını istəməzsinizmi? Bir çox insan səhər yuxudan oyandığı zaman və ya dənizə girib çıxdıqdan sonra güzgüyə baxmaq istəməz.

Bəziləri üçün təbii gözəllik səhər yuxudan oyandığınız və duşdan çıxdığınız anda necə göründüyünüzdür. Həmçinin idman edərkən və iş həyatında da gün ərzində makiyajınızı qorumaq xüsusi diqqət tələb edir. Günün qaçhaqaçında bir çox qadın çantasındakı güzgü və ənlikdən istifadə etmək istəmir. Qalıcı makiyaj isə zaman qazanmaq istəyən qadınların xilaskarına çevrilir.
Davamı →

Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?

Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun.

Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saat içində üzünüzdə narıncı rəngə çevrildiyini hiss edirsiniz? Narahat olmayın, problem sizin tonal kreminizdə deyil. Sadə bir kimyəvi reaksiya səbəbilə yaranan bu halın qarşısını almaq mümkünsüz deyil.
Davamı →

Ofis makiyajı necə olmalıdır?

Araşdırmalara görə, makiyaj edən qadınlar makiyaj etməyən qadınlara nisbətdə daha az qazanırlar. Bu da faktdır ki, əksəriyyət işə və ya iş görüşməsinə “toy” makiyajında gedir. Çox güman ki, düşünürlər ki, belə makiyaj diqqət cəlb edər və “uğurlu karyera”ya ilk addımlarını atarlar. Xeyr! Yerində makiyaj uğurun açarıdır. Elə isə gəlin ofis üçün hansı makiyaj etmək olar və makiyaj edərkən hansı səhvləri edirik, birlikdə bilək.

1. Düzgün işıqda edilməyən makiyaj – əgər səhər işə gecikirsinizsə və makiyajınızı ofisdə edəcəksinizsə, o zaman düzgün işığı tapmalısınız. Florans işıq olan ofislərdə makiyaj etmək çətindir. Ona görə də, makiyajınızı etmək üçün ən yaxşı yer yaxşı işıq düşən pəncərə önüdür.

2. Həddən artıq metallik məhsul istifadə etmək – işıqlandırma mövzusu bu hissədə də vacib olduğundan çalışın metallik makiyaj məhsullarından uzaq durasınız. Əks halda üzünüz diskoteka şarına oxşayacaq.
Davamı →

Retro makiyaj

Retro stilində nəfis makiyaj istənilən xarici görünüşə uyğun gəlir. Müasir keyfiyyətli kosmetikanın köməyi ilə siz asanlıqla 50-ci illərin seksual obrazını və ya 20-ci illərin dəbli tendensiyalarını təcəssüm etdirəcəksiniz. Bu zaman siz köhnə jurnalları və şəkilləri araşdıraraq bir sıra maraqlı ideyalar ilə rastlaşacaqsınız.

Retro stilində makiyajın sirləri: göz oxları və parlaq dodaq boyası. 50-ci illərin stilində effektli makiyaj etməyə cəhd edin. Merilin Monro kimi hollivud ulduzunun obrazı ilə ilhamlana bilərsiniz: düz oxlar, sıx kirpiklər, zərif üz rəngi və parlaq qırmızı dodaq boyası. Belə makiyaj romantik don və iri buruqlarla yığılmış saç düzümünə mükəmməl uyğunlaşacaq.

İdeyanı təcəssüm etmək üçün sizə lazım olacaq:
makiyajaltı əsas;
tonal krem;
süngər;
ənlik;
kirşan;
nəmləndirici dodaq boyası;
dodaqlar üçün qələm;
pambıq çubuqları;
açıq göz kölgələri;
layner;
kirpiklər üçün həcm verən tuş;
saç burmaq üçün nəzərdə tutulmuş fen.

Yaxşı nəmləndirilmiş dəriyə makiyajaltı əsas çəkin. Əsasa tam hopmağa imkan verin və üzərinə tonal vasitə çəkin. Bu zaman çalışın tonal kremi yumşaq lateks süngərin köməyi ilə bərabər yayasınız. Makiyajı yarımşəffaf kövrək kirşanla bərkidin.
Davamı →

Tonal kremin düzgün seçilməsi

Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm. 

Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:
Davamı →

Gözəllik ikonalarının makiyaj stilləri

İllər keçsə də, gözəllikləri ilə ikonanı xatırladan məşhur qadınların makiyaj stillərini tətbiq edərək siz də onlar qədər cazibədar ola bilərsiniz.

Tviqqinin böyük gözləri
1960-cı illərin əfsanəvi adı, ingilis aktrisa-müğənni Tviqqi “Dünyanın ilk supermodeli” kimi tanınır. O illərdə bütün gənc qızlar saçlarını onun kimi kəsdirir, gözlərini onun kimi makiyaj edirdilər. Bəs onun bu stilindən bu gün də istifadə etməklə gözəlləşmək necə olar?

Bu cəlbedici göz makiyajını bir neçə sadə yolla özünüz də edə bilərsiniz. Əvvəlcə gözünüzün üstünə açıq rəngli göz kölgəsi vurun. Ardınca tünd boya ilə xəfif bir kölgə verin. Gözünüzün içinə isə ağ göz qələmi çəkin. Əsas məsələ isə bolluca tujdur. Həm üst, həm də alt kirpiklərinizə bacardığınız qədər çox tuj çəkin. Nəticədə, gözləriniz Tviqqininki qədər böyük görünəcək.

Qreys Kellinin parlaq dərisi
Amerikalı aktrisa, həqiqətən də, gözəllik ikonasını xatırladır. Makiyaj edərkən ən vacib şərtlərdən biri qüsursuz dəridir. Ancaq siz də Qreys Kelli kimi xrustal kimi dəriyə sahib ola bilərsiniz.


Ardı →

İşgüzar xanımlar üçün yay makiyajı

Hər gün az ya da çox makiyaj etmək məcburiyyətində qalan iş qadınları üçün yay makiyajının iki ayrı əhəmiyyəti var:
Birincisi dəri sağlamlığını qorumaq, ikincisi də təbii olmaq.

Bunun üçün altı addımlı bir makiyaj müddətindən keçəcəyik.

Dərinizi hər səhər və hər axşam təmizləyin.
Yatmadan əvvəl təmizləyici köpük-tonik və gecə kremindən istifadə etməyə laqeyd yanaşmayın.
Səhərlər üzünüzü yuduqdan sonra daha yüngül bir sakitləşdirici ya da canlandırıcı tonik istifadə edin.
20 dəqiqə sonra günəş qoruyucu bir kremdən istifadə edin.

Daha təbii və yüngül bir tonal krem tətbiqi üçün yüngülcə nəmləndirilmiş bir makiyaj süngəri istifadə edin.
Çox az bir miqdar tonal kremlə möcüzə bir təsir tutmuş olacaqsınız.
Bürünc görünüşdən xoşunuz gəlirsə, üzərində bürünc pudradan da istifadə edə bilərsiniz

Ən əhəmiyyətli nöqtəyə gəldik:
Ardı →

Makiyaj hiylələri

makiyaj hiylələlriMakiyajda görüntünüzü bir az dəyişdirmək və daha gözəl göstərmək üçün kiçik hiylələrə əl ata bilərsiniz. Gözləri daha böyük göstərmək, dodaqları dolğun etmək, daha kiçik burun, çıxıq almacıq sümükləri və yumşaq dəri görüntüsü yaratmaq elə də çətin deyil. 

Yumru gözlər 
Üzünüz yumrudursa və siz daha qabarıq cizgilər istəyirsinizsə, burada qaşlar əsas rol oynayır. Qövslü qaşlar üzü daha kəskin göstərir. Bunun üçün qələmi burnunuzun kənarına paralel şəkildə saxlayaraq qaşınızın başlanğıc nöqtəsini tapın. Qaşınızın ən yüksək hissəsini yəni, əyriliyin başlayacağı yeri tapmaq üçün göz bəbəyinin bitiş nöqtəsindən  qaşınıza dioqanal tutun. Göz qələmi ilə işarə etdiyiniz işarələdiyiniz nöqtədən birləşdirərək qaş formasını düzəldin. Daha sonra maqqaşın köməyi ilə işarənin üzərində qaşları alın

İncə uzun üzlər 
Üzünüz incə və uzundursa ənliklə bu görüntünü dəyişdirə bilərsiniz. Ənliyi sadəcə almacıq sümüklərinizin üzərinə tətbiq edin. Yanaqlarınızn kənarına doğru tətbiq etsəniz, daha uzun bir üzə sahib olarsınız. 

Kvadrat üzlər 
Belə üzə sahib olan qadınlar ifadələrini yumşaltmaq üçün almacıq sümüklərinə çəkdikləri
Ardı →

Yağışlı günlərdə axmayan makiyaj

Gözəl bir görünüşə sahib olmaq üçün makiyajınızın yağışa məruz qalmasını yəqin ki, istəməzsininiz .

Havaların soyumasıyla birdən meydana çıxan yağışlarla makiyajınızın ziyan olmasına icazə verməyin. Sizlərə təqdim edəcəyimiz bir neçə təklifə diqqət verin və yağışlı günlərdə gözəl və cazibədar görünmənizi qoruyun .

Yağışlı günlərdə makiyajınızda diqqət yetirməniz üçün lazım olanlar:

Yağışlı günlərdə korrektor istifadə etməkdən çəkinməyin. Ancaq diqqət yetirməniz lazım olan bir nöqtə var. Korrektoru yalnız ləkəli gördüyünüz bölgənin üzərinə tətbiq edin.

Yağışda axmış makiyaj qədər fəlakətli bir görünüş ola bilməz! Bu səbəblə suya dayanıqlı kosmetika seçmənizdə fayda var. Yağış altında axmış bir göz makiyajına sahib olmaq istəməzsiniz deyilmi? 

Yağışlı günlərin qurtarıcısı, suya dayanıqlı tuj ya da rəngli nəmləndiricilər çəkin. Xüsusilə rəngli nəmləndiricilər həm dərinizin hava almasını təmin edər həm də ağırlıq etməz.

Kremlə hər vaxt təzə və dərinizdəki təsirini qorumasını istəyirsinizsə, tonal kremlər seçməlisiniz. Xüsusilə yağışlı havalarda tonal krem gün boyu qalıcı təsir göstərəcək.

Müəllif: Tahirə
Davamı →

Kosmetikadan istifadə qaydaları

Kosmetik vasitələrlə üzün bəzi qüsurlarını gizltmək mümkündür. Lakin ondan lazımi qaydada istifadə edilməlidir. Bəzi qadınlar dekorativ kosmetikanın incəliklərini bilmədikləri üçün ondan heç istifadə etmir, bəziləri də dəblə ayaqlaşmağa tələsərək sifətlərinə həddən artıq rəng çəkirlər.

Azərbaycanda, bəlkə də bütün Şərq ölkələrində qızlar toy gününə kimi kosmetikadan istifadə etməzdilər. Axı qızlar onsuz da gəncliyin onlara bəxş etdiyi sevincdən gözəl və təravətli görünürlər. Qadınlar isə əksinə, hər səhər heç olmasa yarım saat özləri ilə məşğul olmalıdırlar.

Hər bir qadın öz sifətinin təbii rəngini bilməli və ondan kənara çıxmamalıdır. Məsələn, qarabuğdayı qadınlar üzlərini kremlə ağardırlarsa da, boyun-boğazın, qolların dərisi qarbuğdayı qaldığı üçün daha pis görünürlər.

Sifətə kosmetika çəkməyə əslində qrim deyilir. Qrim 2 cür olur: gecə və gündüz qrimi. Gündüz qrimi bir qədər açıq, nəzəri cəlb etməyən, gecə qrimi isə bir qədər tünd olur və tez nəzərə çarpır (toya, nişana, ictimai yerlərə gedərkən çəkilən qrim).


Ardı →